BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
25811

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Rusiyada olan yatırımlarının investisiya portfelindəki xüsusi çəkisi cari ilin üçüncü rübünün sonuna 0,4 % təşkil edib.

Bunu “Report”a ARDNF-in İcraçı direktorunun müşaviri Bəhruz Bəhramov Rusiya-Ukrayna münaqişəsi fonunda bölgədə baş verən narahatlıqlarla bağlı atılacaq addımlara münasibət bildirərkən qeyd edib.

“ARDNF-yə Rusiya-Ukrayna münaqişəsi fonunda bölgədə baş verən narahatlıqlara dair mediadan və ictimaiyyətdən haqlı olaraq suallar daxil olur.

Bildiyiniz kimi Neft Fondu ilk dəfə 2012-ci ildə Moskva şəhərinin biznes mərkəzi olan “Tverskaya 16” ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə yatırım etmiş və daha sonra 2013-cü ildə Rusiya Bank VTB ASC-nin səhm payına sahib olub. Bu investisiyalar həyata keçirilərkən aidiyyatı risk, gəlirlik profili, eləcə də həmin investisiyaların ARDNF-in investisiya portfelinə uyğunluğu nəzərə alınıbdır. ARDNF-in Rusiyada olan yatırımları yalnız adıçəkilən bu investisiyalardan ibarətdir”, - B. Bəhramov bildirib.

Rusiya ilə bağlı planlara gəldikdə isə B.Bəhramov deyib ki, qlobal maliyyə bazarlarında baş verən ciddi qısamüddətli dalğalanmalar institusional investorlara öz təsirini xüsusilə göstərməkdədir: “Səhm indekslərində müşahidə olunan dalğalanmalarla yanaşı, məlum hərbi-geosiyasi münaqişənin Rusiya maliyyə bazarlarına, o cümlədən VTB Bankına təsiri daha böyük olub”.

ARDNF-in İcraçı direktorunun müşaviri qeyd edib ki, Dövlət Neft Fondunun şaxələndirilmiş qlobal investisiya portfeli onun məqsəd və vəzifələrinin icrasına cavab verməklə yanaşı, həm də bir sıra əsas risklər, o cümlədən regional/geosiyasi risklər nəzərə alınaraq qurulub və bu kimi şokları sığortalanmaqla portfelə mümkün təsirləri minimallaşdırmağa yönəlir.

B. Bəhramov xüsusilə vurğulayıb ki, Dövlət Neft Fondu tərəfindən daima həm dünya iqtisadiyyatında, həm geosiyasi arenada, həm də maliyyə bazarlarında baş verənlər diqqətlə izlənilir, aidiyyatı təhlillər həyata keçirilir və potensial risklərin investisiya portfeli üçün yarada biləcəyi təsirlər dərindən öyrənilir. Nəticədə, verilmiş qərarlar ayrı-ayrı şirkətlərin səhmləri və ya investisiya aktivləri deyil, ümumi portfel kontekstində dəyərləndirilir.

Onun sözlərinə görə, Fondun investisiya portfelində maliyyə aktivlərinin çəkisində xüsusi dəyişiklik gözlənilmir: “Ən azı gələn il üçün bu belədir, çünki daha çox həmin çəkilərin daxilində əsasən taktiki dəyişikliklər gözlənilir”.

Riskli maliyyə alətlərinə gəldikdə isə o qeyd edib ki, 2022-ci ilin üçüncü rübün sonuna olan göstəricilərə əsasən ARDNF-nin investisiya portfelinin 18,7 %-i səhmlərə, 6,4 %-i daşınmaz əmlaka və 12 %-i qızıla investisiya edilib.

“İnvestisiya portfelində 2012-ci ildən etibarən riskli aktivlərin payının artırılmasında əsas məqsəd uzunmüddətli dövrü əhatə edən portfelin qurulmasıdır. Məsələn, bir qayda olaraq səhmlər qısamüddətli dövr üçün riskli maliyyə aləti hesab edilir, lakin uzunmüddətli dövrdə yüksək gəlirlilik vəd edir.

Dövlət Neft Fondunun investisiya portfelinin böyük hissəsini təşkil edən sabit gəlirli qiymətli kağızlar altportfeli əsasən “AAA” kredit reytinqinə malik olan istiqrazlardan ibarətdir.

Səhm investisiyalarına gəldikdə isə ARDNF rəsmisi vurğulayıb ki, sözügedən portfel 26 inkişaf etmiş ölkənin bazar kapitallaşmasına görə 1 600 ən iri şirkətini əhatə edir.

Bununla yanaşı, daşınmaz əmlak investisiyalarına nəzər yetirsək, bu portfeldə də əsas məqsəd qlobal diversifikasiyaya nail olmaqdır. Hazırda Dövlət Neft Fondunun daşınmaz əmlak portfeli birbaşa, müstərək və fond investisiyaları vasitəsilə Şimali Amerika, Avropa və Asiyanın inkişaf etmiş ölkələrinin müxtəlif daşınmaz əmlak sektorlarına aid 500-dən çöx daşınmaz əmlak obyektindən ibarətdir”, - Fondun rəsmisi qeyd edib.

B.Bəhramov bildirib ki, ARDNF-nin investisiya portfeli daha çox uzunmüddətli xarakter daşıyır: “Belə olan halda an etibarı ilə portfelin böyük hissəsini alıb-satmaq kifayət qədər mürəkkəb prosesdir və səmərəli hesab edilmir. Bu zaman çox böyük risklərlə qarşılaşma ehtimalı var”.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında ARDNF-in investisiya portfelinin dəyəri 45,386 milyard ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 2,62 % çoxdur.

Məlumata görə, hazırda ARDNF-in investisiyalarının 70,8 %-i ABŞ dollarında formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 1,7 faiz bəndi çoxdur. İnvestisiya portfelində avronun payı isə 0,5 faiz bəndi azalaraq 19,5 %-dən 19 %-ə düşüb.Rusiya rublunun payı 0,7 %-dən 0,4 %-ə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı

DİN: "İki gündə kartlardan 40 min AZN-ə yaxın pul oğurlanıb"

Xankəndiyə prokuror təyin edilib

Xankəndiyə prokuror təyin edilib

Mədəniyyət Nazirliyində yeni təyinat

Mədəniyyət Nazirliyində yeni təyinat

“Lifttəmir” İstehsalat Birliyində nöqsanlar aşkarlanıb

Ağdamda subartezian quyularının bərpasına başlanılır

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin