21 sahibkarlıq subyektində qanunvericiliyin tələblərin kobud şəkildə pozulub – AQTA
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
AQTA-dan Valyuta.az bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 14 mart 2021-ci il tarixində ölkə üzrə 308 ictimai iaşə obyektində 519 monitorinq keçirilib. Monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoglu küçəsində yerləşən, fiziki şəxs Murat Oğuza məxsus restoran;
2. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 107 ünvanında yerləşən, fiziki şəxs Şiriyev Rəhim Ağarəhim oğluna məxsus “Balıq evi” kafe;
3. Bakı şəhəri, Nəsimi rayonu, Fizuli 79 ünvanında yerləşən, fiziki şəxs Mədinəyev Elnur Ziyəddin oğluna məxsus “Başkent “ kafe;
4. Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev ünvanında yerləşən, fiziki şəxs “Nicat-K” firmasına məxsus “Azəri pivə bar”;
5. Bakı şəhəri, Xəzər rayonu, Nadir Axundov küçəsində yerləşən, fiziki şəxs Səfərov Ədalət Abdulla oğluna məxsus “Xəzər” kafe
6. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ Sülh küç, (Bakıxanov qəs) ev 4C ünvanında yerləşən, fiziki şəxs Xəlilov Elnur Tengiz oğluna məxsus kafe;
7. Bakı şəhəri, Xətai rayonu, Sarayevo 20 ünvanında yerləşən, fiziki şəxs Məlikov Sərxan Xəqani oğluna məxsus “ Pub Sarayevo”;
8. Bakı şəhəri, Xətai rayonu, Sarayevo 32 ünvanında yerləşən, fiziki şəxs Zülfüqarov Mürsəl Nəriman oğluna məxsus Bakı kafesi;
9. Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski 75b ünvanında yerləşən, hüquqi şəxs “Azemat “ Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Dominos”;
10. Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov 3a ünvanında yerləşən, fiziki şəxs Osman Umarov Nadir oğluna məxsus “Novbahar” restoran;
11. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk pros. ev 6a ünvanında yerləşən, fiziki şəxs Xancanlı Asif Vidadi oğluna məxsus kafe;
12. Bakı şəhəri, Xətai rayonu, F.Bayramov ev 113033 ünvanında yerləşən, fiziki şəxs Ramil Musayev Rafiq oğluna məxsus “Green Garden” restoran;
13. Bakı şəhəri ,Yasamal rayonu, Mətbuat pros. ilə Nazim Hikmət küç. kəsişməsində yerləşən, fiziki şəxs Hüseynov Rəşad Zilfi oğluna məxsus kafe;
14. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ev 35 E ünvanında yerləşən, fiziki şəxs Salmanzadə Ramil Kamil oğluna məxsus “Medalyon Pub 2";
15. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ev 3138-3141-ci məh .3.gir. ünvanında yerləşən, fiziki şəxs Qədirli İbrahim Samir oğluna məxsus kafe;
16. Bakı şəhəri, Binəqədi rayonu, S.Axundov/1 ünvanında yerləşən, fiziki şəxs Cəfərov Mübariz Fazil oğluna məxsus çay evi;
17. Bakı şəhəri, Binəqədi rayonu, Kunanbayev 66 c ünvanında yerləşən, fiziki şəxs Cəbrayılov Elvin Hikmət oğluna məxsus kafe;
18. Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov ŞTQ Sulh ev 33 C ünvanında yerləşən, fiziki şəxs Mədətzadə Nahid Atababa oğluna məxsus “Dönər home”;
19. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, X,Xasməmmədov ev 3B mər. 1 ünvanında yerləşən, fiziki şəxs Xudaverdiyev Zakir Məmməd oğluna məxsus çayxana;
20. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 2/12 ünvanında yerləşən, hüquqi şəxs "Ş.Ş. Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Royal mehmanxanasının tərkibində yerləşən restoran;
21. Salyan rayonu, Ələt -Astara magistralında yerləşən, fiziki şəxs Ələkbərzadə Ramil Seymur oğluna məxsus kafe;
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay