BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
7865

Şəhər nəqliyyat sisteminin inkişafında, əhaliyə keyfiyyətli, müasir və təhlükəsiz nəqliyyat xidmətlərinin təmin edilməsində vətəndaş cəmiyyəti institutlarının iştirakçılığını təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) yanında İctimai Şura yaradılıb.

Bu barədə Agentlikdən bildirilib.

Şuranın tərkibi nəqliyyat üzrə ekspertlər və Qeyri Hökumət Təşkilatları (QHT), eləcə də ictimaiyyət nümayəndələrini təmsil edən 9 nəfərdən ibarətdir.

Bu gün BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimlinin İctimai Şuranın üzvləri ilə ilk görüşü keçirilib. İctimai Şuranın yaradılmasının əhəmiyyətini qeyd edən sədr bunun Agentliyin öz fəaliyyətində şəffaflığın, aşkarlığın və ictimai nəzarətin gücləndirilməsinə verdiyi önəmin göstəricisi olduğunu deyib.

İctimai Şura şəhər nəqliyyatı sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Agentliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.

Görüşdə Şuranın gələcək fəaliyyət istiqamətləri, şəhər nəqliyyat sisteminin təkmilləşdirilməsində vətəndaş cəmiyyətinin dəstəyi, əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Şura üzvləri Agentliyin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, şəhər nəqliyyatı ilə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli təşkilinə xidmət göstərəcəklərini bildiriblər. Şura üzvləri Şuranın nəqliyyat sahəsində ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasına töhfə verəcəyini diqqətə çatdırıblar.

Görüşdən sonra İctimai Şura üzvləri təşkilati məsələləri müzakirə edərək bir sıra qərarlar qəbul ediblər. Səsvermə yolu ilə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev İctimai Şuranın sədri, Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov isə sədr müavini seçilib.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

İctimai Şuranın tərkibinə həmçinin aşağıdakı şəxslər daxildir:

Sahib Məmmədov – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri

Ceyhun Osmanlı – Azərbaycan Yaşıllar Hərəkatının təsisçisi, dosent, politoloq

Davud Rəhimli – Əlil Təşkilatları İttifaqının prezidenti, BMT-nin Əlilliyi olan şəxslər haqqında Konvensiyasnın icrasına dair layihələr üzrə beynəlxalq ekspert

İmaməddin Quliyev – Könüllülər İctimai Birliyinin sədri

Kamal Məmmədov - Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Baş katibi

Elməddin Muradlı – avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert

Nərminə Qasımova – İqtisadi və Sosial İnkişaf Mərkəzinin Proqramlar direktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azərkosmos" “Azerspace-1” peyki üçün sığortaçı seçib

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin