BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
7469

"Krosvey" MMC ləğv olunduğunu elan edib. Bu barədə “Vergilər” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 93 ünvanına (BEGOC Biznes Mərkəzi) bildirə bilərlər.

İlkin məlumata görə, "Krosvey" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,614 milyon manat, qanuni təmsilçisi isə Cümşüd Nuru oğlu Bağırovdur. O, vaxtilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin də rəhbərliyində təmsil olunub.

Valyuta.Az azpolitika.info-ya istinadla xəbər verir ki, "Krosvey" şirkəti əslində 2019-cu ildə yaradılmayıb. Bu şirkət Azərbaycanda 2004-cü il martın 1-də  yaradılan “Bakı-XXI əsr” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) adının dəyişdirilməsi nəticəsində yenidən qeydiyyatdan keçib. Bu barədə həmin vaxt verilən məlumatda şirkətin yenidən təşkil olunaraq "Krosvey" MMC-yə çevrildiyi elan edilmişdi. 

Qeyd edək ki, təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD şirkəti göstərilən "Bakı XXI Əsr” MMC-nin qanuni təmsilçisi İsmayıl Əliyev olsa da, sahibi sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat, AMEA Rəyasət Heyəti aparatının işlər idarəsinin müdiri vəzifəsini tutan Elton Məmmədovdur.  Elton Məmmədovun özü də mətbuata müsahibələrinində şirkətin təsisçisi olduğunu etiraf edib.

Şirkət 2005-2009-cu illərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasını həyata keçirib. Bəzi məlumatlara görə, qardaşı Ziya Məmmədovun  tövsiyəsi ilə Elton Məmmədov “Bakı-XXI Əsr” MMC-ni məhz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasına ayrılan 10 milyonların "yadlara" qismət olmaması üçün yaradıb.

Mətbuatda yayılan məlumatlara görə, Bakı Avtovağzal Kompleksi 80-100 milyon dollara başa gətirilib. Bu vəsaitin nə qədərinin mənimsənildiyi haqda isə dəqiq məlumat yoxdur. 

Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu “Comfort İNN” hoteli, 720 yerlik avto dayanacaq, “Bakı XXI Əsr” adlı yanacaqdoldurma, avtoyuma və təmir məntəqələri daxildir. Kompleksin idarə edilməsi də son illərə qədər Elton Məmmədova aid “Bakı-XXI Əsr” MMC tərəfindən həyata keçirilib. 

2017-ci ildə Kompleksin Elton Məmmədovdan alındığı xəbəri yayılsa da, sabiq deputat bunu təkzib etmişdi. 

“Mən də sizə sual verirəm, kimsə sizin özəl mülkiyyətinizi əlinizdən ala bilər? Deməli bu məsələni qaldırmağın özü yersizdir”- deyə, məlumatlara Məmmədov qəzəbli reaksiya vermişdi.

Ancaq Məmmədov təkzib etsə də, məlumatlı mənbələr həmin vaxt Kompleksin böyük hissəsinin onun nəzarətindən çıxarıldığını bildirirdilər. 

Elə heç bir açıqlama verilmədən 2019-cu ildə “Bakı XXI Əsr” MMC-nin adında dəyişiklik edilərək, yeni “Krosvey” MMC yaradılması da (şirkətin istifadəsində avtovağzal ərazisində eyni adlı mehmanxana var) bununla əlaqələndirilirdi. “Krosvey” MMC-nin direktoru vəzifəsinə isə Cümşüd Bağırov təyin olundu. O, həmçinin avtobus sərnişin daşınması ilə məşğul olan “Azerbaijan Ground Services” şirkətinə rəhbərlik edib. 

Ötən ilin fevralında isə  "Bakı XXI Əsr” MMC-nin qnuni təmsilçisinin də dəyişdiyi, İsmayıl Əliyevin yerinə Səidə Əflatun qızı Baxşıyevanın təyin edildiyi haqda məlumat yayıldı. Bunu isə məlumatlı mənbələr Beynəlxalq Avtovağzal Kompleksinin Elton Məmmədovun nəzarətindən tam olaraq çıxarılmasına başlanılması ilə izah edirdilər.  

Bu gün "Krosvey" MMC-nin ləğv olunduğunun elan edilməsi prosesin başa çatdırıldığını göstərir. 

Maraqlıdır ki, "Krosvey" MMC-nin ləğv olunması qərarı Ziya Məmmədovun istintaqa çağrılmasına dair məlumatlar yayıldıqdan sonra verildi. Təsadüfdürmü?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çin istehsal etdiyi uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin