BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
45659

Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən, Azərbaycanda müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar ilə təchiz edilməlidir.

Bu da o deməkdir ki, sayı minlərlə ölçülən taksi sürücülərinin əlində onların maşınına tək və yaxud ailəsi ilə birlikdə minən şəxslərlə bağlı xeyli sayda video informasiyalar olacaq.

Bəs həmin materialların məxfiliyi necə qorunacaq? Onlar sosial şəbəkələrə sızmayacaq ki?

Azərbaycan Texniki Universitetinin dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyir ki, həmin görüntülərin məxfi qalmasını təmin etmək, bu məsələni nəzarətdə saxlamaq üçün prosesdə dövlətin iştirakı vacibdir: “Taksilərdə videokameralar quraşdırılması böyük məlumat bazası yaradacaq. Yaxşı olar ki, həmin məlumatlar sürücülərin əlində olmasın, dövlətin nəzarətində olsun. Məsələn, avtobuslarda kameralar var. Əldə olunan görüntülər Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzində toplanılır”.

“Yeni tələblərin əsas məqsədi odur ki, taksilərin sayı 70 mindən 20 minə endirilsin. Amma bu da tələbatı ödəməyəcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) taksilərə nəzarətlə bağlı resursları azdır. Taksi fəaliyyəti elmi əsaslarla təşkil edilməlidir. Rəng tələbi də düzgün deyil. Müxtəlif rənglərdə avtomobillər şəhəri rəngarəng edir. Hesab edirəm ki, kamera və rəng tələblərindənsə, sürücülərin peşəkarlıq səviyyəsinin artırılmasına önəm verilməlidir. Sürücülər aqressiv olmamalıdırlar, mehriban olmalıdırlar, yol hərəkəti qaydalarını yaxşı bilməlidirlər, təhlükəsizliyi təmin etmək gücündə olmalıdırlar. Vətəndaş taksidə özünü tam rahat və təhlükəsiz hesab etməlidir”, deyə ekspert əlavə edib.

Nəqliyyat və infrastruktur məsələləri üzrə ekspert Yasin Mustafayevisə hesab edir ki, taksilərdə kameraların quraşdırılmasından narahat olmaq lazım deyil: “Əksinə, kameralar sürücülərin sərnişinlərlə davranışına nəzarət etməyə imkan verəcək. Bir müddət bundan əvvəl taksi sürücülərinin vətəndaşlara qeyri-etik davaranışları ilə bağlı məlumatlar yayılmışdı. Hesab edirəm ki, artıq bu kimi hallar olmayacaq. Videokameralar 15 günlük yaddaşa malik olacaq, 15 gündən sonra fayl silinəcək və yenidən yazılacaq”

Nəqliyyat və infrastruktur məsələləri üzrə digər ekspert Ərşad Hüseynov isə deyir ki, sərnişinlərin məlumatları istənilən halda idarə edilməlidir: “Bununla bağlı müəyyən tələblər qoyula bilər. Bu tələblərə cavab verməyən şirkətlər bazardan çıxarıla bilər”.

AYNA-dan isə bildirilib ki, sürücülərin sərnişinlərinin videogörüntülərini yayması cinayət məsuliyyəti yaradan haldır.

“Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək, peşəkar əmək bazarı formalaşacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq. Qanunvericiliyin tələblərinə riayət etməyənləri isə cərimə sanksiyaları gözləyir. Belə ki, buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcəklər. Taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulması ilə bağlı da cərimələr mövcuddur”, deyə agentlik bəyan edib.

Mənbə: Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar? - VİDEO

Çin qaz idxalını 21 %-ə yaxın artırıb

“Azersky-2” üçün 1,6 milyon manat ayrıldı

Bu rayona yeni rəis müavini təyin edildi

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Azərbaycanda tanınmış müəllim vəfat etdi (FOTO)

Azərbaycanda institusional investorların məlumat bazası yaradılacaq

Sabah Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

Bakıda 23 dərəcə isti olacaq

Pulunuzu boş yerə xərcləməkdən bezmisiniz? Qənaətin 10 qaydası

150 nəfərə Prezident mükafatları verildi (SƏRƏNCAM)

Prezident bu mədəniyyət xadimlərinə təqaüd ayırdı (SİYAHI)

Hitlerə qarşı döyüşən neçə azərbaycanlı sağdır?

İcra başçısının müavini vəfat etdi

İcra başçısının müavini vəfat etdi

Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

NASA qara dəlikdə səyahətin videosunu yayımlayıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Bakıda minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir - Video

Aprel ayı dünyada bir ilkə imza atıb

Faşizm üzərində qələbədən 79 il ötür

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Dünyanın ən bahalı futbol klubları açıqlandı

Dünyanın ən bahalı futbol klubları açıqlandı

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin