BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
45558

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkət təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə 6 aprel 2024-cü il tarixindən etibarən Sumqayıt–Pirşağı sahəsində təmir işlərinə başlayır. Görüləcək işlərlə əlaqədar müvafiq xətt üzrə texniki fasilənin verilməsi üçün qatarların hərəkət qrafikində dəyişliklər edilir.

Valyuta.az xəbər verir ki, ADY-dən verilən məlumata görə, həftəiçi Bakı–Pirşağı–Sumqayıt istiqamətində saat 09:30-da, saat 10:00-da və saat 14:50-də, Sumqayıt–Pirşağı–Bakı istiqamətində isə saat 10:00-da, saat 10:45-də və saat 12:00-da, həftənin şənbə, bazar və qeyri-iş günlərində Bakı–Pirşağı–Sumqayıt istiqamətində saat 11:35-də, saat 15:30-da və saat 17:40-da, Sumqayıt–Pirşağı–Bakı istiqamətində isə saat 12:10-da, saat 15:25-də və saat 16:35-də yola düşən qatarların hərəkəti sentyabr ayına kimi müvəqqəti dayandırılır.

Həmin müddət aralığında sərnişin tələbatını təmin etmək məqsədilə həftənin iş günlərində Bakıdan saat 16:20-də, Sumqayıtdan isə saat 17:20-də, həftənin şənbə, bazar və qeyri-iş günlərində Bakıdan saat 20:45-də və saat 21:20-də, Sumqayıtdan isə saat 20:15-də və saat 20:50-də qatarların hərəkəti üçün əlavə reyslər təyin olunur.

İnfrastrukturda aparılan təmir işləri ilə əlaqədar ümumilikdə Bakı–Pirşağı–Sumqayıt–Bakı istiqaməti üzrə iş günlərində 6 reys ləğv olunaraq əvəzinə əlavə 2 reys, qeyri-iş günlərində isə 6 reys ləğv olunaraq əvəzinə əlavə 4 yeni reys təyin edilib.

Qeyd edək ki, Bakı–Xırdalan–Sumqayıt–Bakı istiqaməti üzrə, həmçinin günün pik saatlarında Bakı–Pirşağı–Sumqayıt–Bakı istiqamətində qatarların hərəkət qrafiki olduğu kimi qalır.

Yük və sərnişin daşımalarında etibarlı tərəfdaş kimi çıxış edən ADY davamlı olaraq infrastrukturunu sağlamlaşdırır və hərəkətin təhlükəsizliyinə ciddi önəm verir. Xidmət sahələrində davamlı olaraq aparılan bu kimi yenidənqurma və təmir işləri ilk növbədə sərnişinlərin mənzilbaşına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Azərbaycanda tanınmış müəllim vəfat etdi (FOTO)

Azərbaycanda institusional investorların məlumat bazası yaradılacaq

Sabah Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

Bakıda 23 dərəcə isti olacaq

Pulunuzu boş yerə xərcləməkdən bezmisiniz? Qənaətin 10 qaydası

150 nəfərə Prezident mükafatları verildi (SƏRƏNCAM)

Prezident bu mədəniyyət xadimlərinə təqaüd ayırdı (SİYAHI)

Hitlerə qarşı döyüşən neçə azərbaycanlı sağdır?

İcra başçısının müavini vəfat etdi

İcra başçısının müavini vəfat etdi

Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

NASA qara dəlikdə səyahətin videosunu yayımlayıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Bakıda minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir - Video

Aprel ayı dünyada bir ilkə imza atıb

Faşizm üzərində qələbədən 79 il ötür

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Dünyanın ən bahalı futbol klubları açıqlandı

Dünyanın ən bahalı futbol klubları açıqlandı

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin