BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
44362

Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, bir il ərzində Bakı şəhərində təxminən 2 milyard səfər həyata keçirilir. Bunun 52 faizi fərdi avtomobillərin və taksilərin payına düşür. Ümumiyyətlə, Bakıda əhalinin fərdi avtomobillərdən çox istifadə etməsinin səbəbi nədir? Fərdi avtomobillərdən çox istifadə olunması tıxac probleminin əsasıdırmı?

Bu barədə Valyuta.az-a danşan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, dünyanın müxtəlif şəhərlərində bu rəqəmlər fərqlidir. Bu, ictimai nəqliyyatın inkişaf dərəcəsindən asılıdır:

“Hansı şəhərlərdə ictimai nəqliyyat daha yaxşı inkişaf edibsə, orada fərdi nəqliyyat vasitələrindən və taksilərdən az istifadə olunur. Bakıda vaxtilə mövcud olmuş ictimai nəqliyyat infrastrukturu nədənsə darmadağın edilib, tramvay və trolleybus xətləri bir ay ərzində sökülüb. Hazırda ictimai nəqliyyatın marşrut xətlərindən və metrodan ibarət olması sərnişin daşımada müəyyən çətinliklər yaradır. Hazırda fəaliyyət göstərən öz-özünə formalaşan taksi sisteminin olması çox müsbət haldır”.

 

Ekspert yollarda olan tıxacların səbəblərinin çox olduğunu vurğulayıb:

“Yollarda tıxacların yaranma səbəbləri sadəcə avtomobillərin çoxluğu ilə əlaqəli deyil. Əsas problem yolların yoxluğudur. Bakı şəhərində və ətraflarda yol infrastrukturu yaxşı qurulmayıb. Bunu ötən illər ərzində təhlil də etmişik. Küçələrin yol infrastruktunun düzgün olmaması, butulka effektinin yaranması və bəzi sürücülərin məsuliyyətsizliyi də tıxacların çoxluğuna gətirib çıxarır.

Bakı şəhərinin əhalisinin sayının çox olması, sənaye şəhərinin olması, zəngin mədəni həyatın olması – yəni, hər gün Bakının mərkəzində müəyyən tədbirlər keçirilməsi də tıxac yaradan faktorlardandır. Birmənalı olaraq deyə bilmərik ki, tıxacların əsas səbəbi avtomobil çoxluğudur. Amma yenə də ictimai nəqliyyat nə qədər inkişaf etdikcə fərdi avtomobillərdən istifadə azalacaq”. 

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin