BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
30721

“Bu riskli addımdır. Ona görə ümid edirəm ki, yaxın zamanlarda müvafiq qrumlar taksi qiymətlərini əvvəlki vəziyyətə qaytaracaq”. 

Bu sözləri Valyuta.az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. 

Ekspert bildirib ki, qiymətlər süni şəkildə artırılıb. Eyni vaxtda bütün taksi şirkətlərinin sanki sövdələşərək qiymətləri belə artırması qanunsuz qərardır: 
 
“Biz payızda Bakı nəqliyyatında xaos istəmiriksə, qiymətlər əvvəlki səviyyəyə endirilməlidir. Nazirlər Kabinetinin 2019-c il qərarına əsasən, taksi üçün tövsiyyə olunan qiymət 1.5 qəpikdə başlayır. Taksi şirkətləri isə bu qiymətləri tövsiyyə olunan həddən iki dəfə çox artırıblar. Bu hər hansı bir əsas olmadan və birbaşa bazar iqtisadiyyatının tələb-təklif əsaslarını pozaraq edilib. İndi yay mövsümü ilə əlaqəli olaraq taksiyə tələb o qədər də yüksək deyil. Ona görə də bu dövrdə taksi qiymətlərinin belə bahalaşması bizdə suallar yaradır”. 

Eldəniz Cəfərov deyir ki, vətəndaşları taksi sistemində qiymət deyil, başqa məsələlər narahat edirdi: 

“Birincisi keyfiyyətsiz taksi xidməti, ikincisi isə təhlükəli taksi xidməti idi. Taksi şirkətləri bu iki məsələni həll etmədən, keyfiyyəti yüksəltmədən, təhlükəsizliyi təmin etmədən qiymətləri iki dəfə qaldırdılar. Bu da müəyyən risklər yaradır. Taksidə qiymətlərin yüksəlməsi vətəndaşların sərbəst hərəkətini məhdudlaşdıracaq”. 

Eldəniz Cəfərovun sözlərinə görə, taksidə qiymətlərin yüksəlməsi vətəndaşların sərbəst hərəkətini məhdudlaşdıracaq:

“Bakı iri paytaxt şəhəri olmaqla yanaşı, həm də iri sənaye şəhəridir. Xeyli iş yerləri burda cəmləşir, vətəndaşlar vaxtı-vaxtında işə gedib-gələ bilməlidirlər ki, iqtisadiyyat normal şəkildə çalışsın. İctimai nəqliyyatın avtobus seqmentində problem var. Avtobuslar maşrut xəttinə az buraxılır. İntervallar çoxdur, gecikmələr olur, ödəmə terminalları dayanacaqlardan yığışdırılıb və s. Yəni ictimai nəqliyyat tam əlçatan deyil. Vətəndaşlara artıq bu problemlərə, avtobusdan istifadə edə bilmədiklərinə, metroda sıxlıq olduğuna görə taksiyə müraciət edirdi. Lakin indi taksi qiymətlərin yüksəlməsi o demək olacaq ki, vətəndaşlar küçələrdə qalacaq”. 

Ekspert son olaraq bildirib ki, bəziləri taksi sürücüləri əvvəl az qazandığını, bu qərarın onların qazancına təsir edəcəyini desə də, əslində belə olmayacaq:

“Biz taksi sürücülərinin maddi rifahını düşünürüksə, taksi şirkətlərinin sürücülərdən aldığı komissiya haqqını azaldaraq, 10 faizə endirməsini məcbur etməliyik. Bu zaman sürücüyə çox pul qalacaq. Amma bunu etmədən qiyməti yüksəltmək, taksi şirkətləri üçün göydən düşmə fürsətdir. Yenə də xarici taksi şirkətləri çox pul qazanacaq, itirən yenə Azərbaycan vətəndaşı olacaq. Taksi sürücülərinin qazancı eyni olacaq, vətəndaşların cibindən daha çox pul çıxacaq”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin