BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
47527

Biznes və strateji idarəetmə üzrə konsultant Seymur İlyasovun "Bu fürsəti qaçırma" kitabından...

Qeri Keller və Cey Papasanın həmmüəllifi olduqları “Təkcə bir şey: qeyri-adi nəticələrin arxasındakı heyrətamiz sadə həqiqət” adlı kitabda belə qeyd edilir: Çox böyük uğurları olan birini gördükdə bilin ki, birdən-birə bu yerə gəlib çatmayıb. Çox savadlı birini gördükdə bilin ki, o bunu zamanla çalışaraq əldə edib. Çox bacarıqlı birini gördükdə bilin ki, o, vaxt ötdükcə həmin səviyyəyə çatıb. Zaman uğur və uğursuzluq arasındakı boşluğu böyüdür. Zamanı nə ilə bəsləsən, onu qat-qat artırar. Müsbət davranışlar, zamanı mütəffiqə çevirir, mənfilər isə düşmənə. 

Əldə edilən nəticələr “gecikdirilmiş vərdişlərin” xülasəsidir. Qazancımız maliyyə vərdişimizin, çəkimiz qidalanma vərdişimizin, biliyimiz öyrənmə vərdişimizin, dağınıqlığımız təmizlik vərdişimizin ölçüsüdür. Nəyi təkrarlasaq, onu əldə edərik. Hər vərdişin toxumu sadəcə bir qərardır. Bu vərdiş təkrarlandıqca pöhrələnir, kökləri torpağa yayılır, böyüyür, budaqları inkişaf edir.

Niyə dahi kimi görünür?

Qeyd etdiyimiz kimi, Erl Vuds praktikanın əhəmiyyətini çox yüksək qiymətləndirən peşəkar bir beyzbolçu idi. Oğlunu hələ kiçik yaşlarında danışmağa və gəzməyə başlamamışdan əvvəl təcrübəyə yönləndirmişdi. Bu, çox erkən yaş sayılır, ona görə də bu balaca uşaqdakı istedada inanmaq çətin olur. Tayqer Vudsun atası sonrakı illərdə erkən təcrübənin əhəmiyyətini belə vurğulamışdı: “Erkən təhsil o qədər önəmlidir ki, perfomans şüuraltında formalaşdıqdan sonra oradan özünü büruzə verir”.

Tayqer evlərinin qarajındakı uşaq masasında oturub atasının oyununu, vuruş texnikalarını izləyərdi. Kiçik Tayqerə yeni il hədiyyəsi olaraq qolf çubuğu alınmışdı və on səkkiz aylıq ikən o, artıq qolf oynamağa çalışırdı. Tayqer hələ beşə qədər saymağı bacarmasa da, kiçik qolfdakı beşlik sistemi dördlük sistemdən ayırd edə bilirdi. İki yaşında Kaliforniyadakı “Navy Golf” sahəsində keçirilən ilk mini qolf turnirinə qatıldı. 2,5-lik qolf çubuğu ilə topu 6 metr irəliyə ata və 3 metr irəlidən dəqiq şəkildə atış edə bilirdi. Tayqer dörd yaşına gəldikdə Erl onun inkişafını sürətləndirmək üçün professional məşqçiyə yönləndirdi və Tayqer ilk böyük turnirini 13 yaşında qazandı. 

Motivasiyanın olduğu yerdə çalışmaq əziyyətli yox, əyləncəli olur. Tayqer Vuds “Atam məndən heç vaxt qolf oynamağımı istəmədi, əksinə, ondan bunu mən istədim. Bəli, önəmli olan uşağın oynamağa olan həvəsidir, ailənin uşağı oynatmağa olan istəyi deyil”.

Mikelancelo da dünyaya göndərilən bir lütuf deyil, inkişafı yüksək səviyyədə təmin edilən bir istedad idi. Daş karxanasının işçiləri tərəfindən yetişdirildiyi üçün hələ altı yaşında ikən daş blokları kəsib yona bilirdi. On iki yaşına çatdıqda bu işdə kifayət qədər təcrübəsi vardı. On dörd yaşında bir sənətkarın emalatxanasında şagird kimi işə başladı.

Görəsən, müasir dövrümüzdə niyə bu yaşda dahilər yetişmir? Çünki müasir dövrdə bu yaşda uşağı bu qədər müddət işlətmək əmək normalarına zidd sayılır. Heç bir şah əsər istedadlı, amma tənbəl bir sənətkar tərəfindən əsrəyə gəlməyib. Uğursuz insanlarla uğurlu və yenilikçi insanlar arasındakı fərqin 98%-i özlərini inkişafa həsr etməmələridir.

Paulo Koelyonun mübarizə tərzi hamımız üçün bir əzmkarlıq nümunəsidir. Gənc vaxtlarında yazıçı olmağı çox arzulasa da, ailəsi bunu dəlilik kimi qiymətləndirmiş, bu fikrə etiraz etmişdilər. Çünki onlar uşaqlarının hüquqşünas olmasını, etibarlı, sayılıb-seçilən bir peşəyə yiyələnməsini istəyirdilər. Kitab yazmaq istəyindən əl çəkməsi üçün onu hətta bir neçə dəfə dəlixanaya yerləşdirdilər. Dəfələrlə elektroşok müalicə üsuluna məruz qalsa da, yenə də xəyalından əl çəkmədi. Paulo bütün qəlbi və duyğuları ilə yazıçı olacağını bilirdi və bu inamla həqiqətən bənzərsiz yazıçılıq istedadı olan biri kimi tanındı və onun “Kimyagər” kitabı 80-dən çox dilə tərcümə edilərək 65 milyondan çox satıldı. Təkcə bu kitabdan gələn məbləğ ona ömürlük iqtisadi azadlıq qazandıra biləcək bir məbləğ idi. 

Qabiliyyət anadangəlmə, bacarıq isə sonradan qazanılan keyfiyyətdir. Kreativlik mədən qazıntısına bənzəyir. Özümüzü kəşf etmək və üzə çıxarmaq üçün dərinliklərə enmək lazımdır. 

Heç kim dünyaya gələndə nə istədiyini bilmir. Əksər insanlar öz istəklərini sınaqdan keçirərək, bəzən yanılaraq kəşf etmək məcburiyyətində olur. Sosial media doğuşdan tennisçi, bəstəkar, heykəltaraş olan “ulduz”ların hekayələri ilə doludur. Onların həyatını araşdırdıqda isə məsələnin tamamilə fərqli cərəyan etdiyini görürük.


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin