BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
44214

Alimlər Yerin “ulduz təpələri”nin sirlərini açıblar.

Valyuta.az “The Independent” nəşrinə istinadla xəbər verir ki, alimlər dünyanın ən müəmmalı səhra formasiyalarından birinin arxasındakı həqiqəti aşkar ediblər.

Çoxqollu formasına görə belə adlandırılan “ulduz təpələri” Yer kürəsinin ən hündür təpələri hesab olunur. Lakin onlar haqqında məlumat azdır. “Ulduz təpələri” dünyanın geoloji qeydlərində nadir hallarda rast gəlinir, bu baxımdan da alimlər onilliklər boyu bu məsələ barədə çaşbaş qalıblar. Axı bu nəhəng qum piramidaları Afrika, Çin, Şimali Amerika və Ərəbistanda saysız-hesabsız müasir səhralarda da görünür. Ən hündürü isə Çinin Badain Jaran səhrasındadır, onun təxminən 300 metr (984 fut) hündürlüyü var. Onlar, həmçinin Günəş sisteminin başqa bir yerində, yəni Marsda və Saturnun peyki Titanda mövcuddur.

London Universitet Kollecinin sedimentologiya üzrə fəxri professoru Çarlz Bristovun fikrincə, məsələ ondadır ki, tədqiqatçılar həqiqətən bu barədə nə axtaracaqlarını müəyyən edə bilmirlər. O, “Live Science”ə müsahibəsində bildirib ki, strukturların öyrənilməsi xüsusilə çətindir, çünki onlar adətən ucqar yerlərdə tapılır və yüzlərlə fut yerdəyişən qumu təhlil etməyə çalışmaq heç də asan deyil. Buna baxmayaraq Çarlz Bristov, Aberistuit Universitetinin üzvü Geoff Duller və onların həmkarları indi ulduz qumunun daxili quruluşunun ilk hərtərəfli tədqiqatını uğurla başa vurublar. Onlar Mərakeşin cənub-şərqində yerləşən və “ən yüksək müqəddəs nöqtə” mənasını verən Lala Lallia kimi tanınan bir ulduz qumunu özlərinə obyekt kimi götürüblər. Təpənin dərinliklərində olan qum dənələrinin günəş işığı ilə sonuncu dəfə nə vaxt təmasda olduğunu aydınlaşdıran mineralların müəyyənlədirilməsi metodundan istifadə edən komanda, bunun təqribən 13 min il olduğunu təxmin edib.

Beləliklə, alimlər Lalə Lallianın yaşını və qumun hərəkət sürətini müəyyən ediblər.

© azertag.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Çudo Peçka"nın dövlətə 157 min manat vergi borcu var

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı

DİN: "İki gündə kartlardan 40 min AZN-ə yaxın pul oğurlanıb"

Xankəndiyə prokuror təyin edilib

Xankəndiyə prokuror təyin edilib

Mədəniyyət Nazirliyində yeni təyinat

Mədəniyyət Nazirliyində yeni təyinat

“Lifttəmir” İstehsalat Birliyində nöqsanlar aşkarlanıb

Ağdamda subartezian quyularının bərpasına başlanılır

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin