BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
41392

NASA-nın Ceyms Vebb kosmik teleskopu tərəfindən çəkilmiş ondan çox qalaktika fotosunu dərc edib. 

Valyuta.az xəbər verir ki, fotoşəkillər bu kosmik varlıqların quruluşunu və əmələ gəlməsini inanılmaz yeni detallarla ortaya qoyur. Yeni təsvirlər dəsti yaxınlıqdakı 19 qalaktikanı təşkil edən ulduzları, qazı və kosmik tozları incə detallarla ortaya qoyur ki, bu da tədqiqatçılara belə mürəkkəb strukturların mənşəyini aşkar etməyə imkan verə bilər. 

Astronomlar əvvəllər bu cür spiral qalaktikaların birbaşa Yerdən görünən kosmos və yer teleskoplarından istifadə edərək radiodan ultrabənövşəyi işığa qədər müxtəlif dalğa uzunluqlarında təsvirlərini çəkiblər. Hazırda isə Vebb teleskopundan istifadə etməklə, elm adamları bu qalaktikaların yaxın və orta infraqırmızı dalğa uzunluqlarında indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli fotoşəkilləri əldə ediblər. Baltimordakı Kosmik Teleskop Elm İnstitutunun layihə üzrə alimi Cenis Li, "Vebbin yeni şəkilləri qeyri-adidir. Onlar hətta onilliklər ərzində eyni qalaktikaları tədqiq edən tədqiqatçılar üçün belə ağılları qarışdırır” - sözlərini söyləyib. Tədqiqatçıların sözlərinə görə, qalaktikanın bir hissəsi olan qabarcığa bənzər və filament strukturları yeni fotoşəkillərdə indiyə qədər müşahidə edilən ən kiçik miqyasda həll edilib və ulduzların əmələ gəlməsi dövrü haqqında müəyyən bilgilər ötürür. 

Ceyms Vebbin yaxın İnfraqırmızı Kamerası (NIRCam) tərəfindən çəkilmiş fotoşəkillər göy çalarlarda parıldayan qalaktikaların spiral qollarının bir hissəsi olan milyonlarla ulduzu incə detallarla ortaya qoyub. Şəkillərdə ulduzların bəzilərinin spiral qollar boyunca yayıldığı, digərlərinin isə ulduz qruplarında daha sıx şəkildə yığıldığı bildirilir. Teleskopun Orta İnfraqırmızı Kamerasından (MIRI) əldə edilən məlumatlar isə ulduzların ətrafında və onların arasındakı boşluqda parlayan tozları aşkar edib, həmçinin hələ tam formalaşmamış ulduzları görüntüləyib. 

Bu kosmik strukturları xüsusilə Yerdən təxminən 69 milyon işıq ili uzaqlıqda, Eridanus bürcündə yerləşən “NGC 1300 bared” spiral qalaktikasının fotoşəkilində görmək olar. Kosmosa buraxılan ən güclü teleskopun çəkdiyi fotoşəkillər də böyük, sferik qaz və toz qabıqlarını göstərir. Hansı ki, tədqiqatçılar onların ulduzların partlaması və kosmosda nəhəng dəliklər yaratması nəticəsində ortaya çıxdığını düşünürlər. Alimlərin sözlərinə görə, yeni şəkillərin tədqiqi qalaktikaların necə qurulduğu, saxlandığı və ulduz əmələ gəlməsini hansı şəkildə dayandırdığına dair mühüm fikirlər verə bilər.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Lifttəmir” İstehsalat Birliyində nöqsanlar aşkarlanıb

Ağdamda subartezian quyularının bərpasına başlanılır

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin