BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
17916

Bu gün İranın Çabahar limanı vasitəsilə Hindistan ilə Rusiya arasındakı ticarət dövriyyəsinin dəyəri 11 milyard dollar təşkil edir.

Bu barədə Çabahar Azad İqtisadi Zonasının baş direktoru Əbdülrəhim Kordi mətbuata verdiyi açıqlamada deyib.

O bildirib ki, Çabahar limanı Cənub-Şərqi Asiya ölkələrinin ticarət dövriyyələrinin artırılması üçün böyük imkanlar yaradıb. Bu ölkələr Çabahar limanı vasitəsilə yeni bazarlara çıxış əldə edə bilərlər.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, yeni bazarlara çıxış üçün nəqliyyat dəhlizindən istifadə etmək zəruridir. Bu dəhliz isə bildiyimiz kimi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Məlum olduğu kimi adı çəkilən dəhlizin 3 seqmenti var. Bunlar avtomobil, dəmir və dəniz yollarıdır. R.Kordinin qeyd etdiyi kimi hazırda Hindistan ilə Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 11 milyard təşkil edir. Yüklər İrandan tranzit olaraq Xəzər dənizi vasitəsilə Rusiyaya daşınır. 

Hindistanın Mumbayi limanından yüklər Çabahar limanına daxil olur, buradan yük maşınları ilə Ənzəli limanına daşınır və bir daha gəmilərlə yüklənərək Rusiyanın Astarxan limanına yola salınır. Göründüyü kimi ixrac malları bir neçə dəfə yüklənməyə məruz qalır. Bu vəziyyət vaxt itkisi ilə yanaşı maliyyə xərclərinin artmasına da səbəb olur və sərfəli yükdaşıma hesab edilmir. 

Odur ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmentinin aktual xarakter alması üzə çıxır. Təsadüfi deyil ki, R.Kordi yaxın gələcəkdə Rusiya, Hindistan və İranın nümayəndələrinin bir araya gələrək konfrans keçirəcəklərini bildirib. Konfransda yüklərin daha rahat və tez çatdırılması məsələsi müzakirə ediləcək.

Hindistan ilə Rusiya arasındakı nəqliyyat əlaqəsinin ən optimal və rahat istiqaməti Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yoludur. Konfransda bu yolun tezliklə istismara verilməsi də müzakirə obyekti olacaq. Bu dəmir yolu xətti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxildir və yüklərin daşınması üçün rahat, ucuz və vaxt qənaəti baxımından əlverişlidir. 

Rusiyaya ixrac olunan yüklər Hindistanın Mumbayi limanından İranın Çabahar limanına daxil olur, buradan isə qatara yüklənərək Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə birbaşa Rusiyaya (Moskva, Sankt-Peterburq) çatdırılır. Göründüyü kimi təkrar yükləmə və təkrar gömrük yoxlamalarına məruz qalmır. Eyni zamanda, vaxta və nəqliyyat xərcinə kifayət qədər qənaət olunur.

Hələlik, yolun Qəzvin-Rəşt hissəsi hazırdır. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan çoxdandır ki, Cənubdan daxil olan tranzit yüklərini qəbul edib yola salmağa hazırdır. İran Astarası ilə Azərbaycan Astarası arasında dəmir yolu xətləri birləşdirilib. Bakı-Astara magistral yolu yenidən beynəlxalq standartlara uyğun olaraq inşa edilib. 

Bakı Limanının da yükaşırma imkanları artırılıb. Hindistan ilə Rusiya arasındakı 11 milyard dollarlıq ticarət dövriyyəsinin 10 faizi Azərbaycan ərazisindən tranzit olaraq daşınarsa, ildə dövlət büdcəmizə 1-1,5 milyard dollar həcmində tranzit gəlirlər daxil ola bilər.

Hindistanın və Rusiyanın Çabahar limanına diqqət göstərməsi onu deməyə əsas verir ki, dəmir yolunun inşası da sürətləndiriləcək. Bu, yaxın gələcəkdə Hindistan və Rusiya ilə yanaşı, Cənub-Şərqi Asiya ölkələri ilə Avropa arasında da yükdaşımaların Azərbaycan üzərindən həyata keçirilməsinə səbəb olacaq.

Mənbə: AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin