BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
16000

“Azərbaycan və Rusiya hökumətləri koronavirus pandemiyasının səbəb olduğu problemlər fonunda iki ölkənin biznes cəmiyyətinə dəstək göstərəcəklər”.

Valyuta.az İnterfaks.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf nazirinin müaavini Dmitri Volvaç cümə günü Rusiya biznesinin Bakıya işgüzar missiyası zamanı bildirib.

Volvaçın sözlərinə görə, koronavirus pandemiyası ticarət dövriyyəsinə, həmçinin Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinə təsir edib: 

"Lakin tarix boyu formalaşan tərəfdaşlıq əlaqələri və biznesin dəstək proqramları hesabına ticarətin müsbət dinamikasını qorumaq mümkün olub. 2021-ci ilin 5 ayı ərzində Rusiya ilə Azərbaycan arasında ticarətin həcmi 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,8% artaraq $1 milyard 16 milıyon təşkil edib. Rusiya ixracı 2,6% - $836,6 milyonadək, Azərbaycandan idxal 7,4% - $324,5 milyonadək artıb. Lakin biz anlayırıq ki, qarşılıqlı ticarət templərinin artırılması üçün ciddi potensial və qarşılıqlı əlaqə alətləri var. Azərbaycanda flaqman layihələrinin reallaşdırılmasını bunu sübut edir”.

Nazir müavini vurğulayıb ki, Rusiya və Azərbayan sahibkarları iki ölkənin dövlət orqanları tərəfindən dəstəklənirlər.

“Rusiya İxrac Mərkəzinin maliyyə və qeyri-maliyyə xidmətlərinin göstərilməsi üzrə kompleks instrumentarisindən istifadə imkanı mövcuddur, bu da ikitərfəli xarici iqtisadi layihələrin reallaşdırılmasına əlavə təkan verəcək”, - Volvaç əlavə edib.

İyulun 23-də, cümə günü Azərbaycan paytaxtında Rusiya müəssisələrinin işgüzar missiyası keçirilib. Missiya çərçivəsində “KAMAZ” PSC, “Strelka”, “RM Reyl” TM” MMC, “Sinara-Transportnie maşını” SC, “OKSO” MMC, “EVRAZ” Qrup, “Silovıe maşını” SC, “Kod bezopasnosti” MMC, “1520” tikinti-istehsalat holdinqinin xidmətləri, “QTLK” SC dövlət nəqliyyat-lizinq şirkəti, həmçinin “RJD Logistika” SC multimodal logistika operatorunun təqdimatları keçirilib.

Bu tədbir iki ölkənin xarici iqtisadi fəaliyyət iştirakçılarına Rusiya müəssisələrinin imkanları, məhsulları və texniki həlləri ilə tanış olmağa imkan yaradacaq. Tərəfdaşlara nəqliyyat, tikinti, maşınqayırma, metalluqrgiya və enerji sənaye, o cümlədən rəqəmsal texnologiyalar layihələri və məhsulları təqdim olunub.

Tədbir çərçivəsində Volvaç iki ölkənin işgüzar dairələrini əməkdaşlığının açılan imkanlarını nəzərdən keçirməyə çağırıb.

“Aydındır ki, Rusiya və Azərbaycan konsrtuktiv dialoqda maraqlıdır. Burada bizim biznes cəmiyyətlərimiz mübət və birləşdirici rol oynaya bilər və bunu etməlidirlər”, - o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin