BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
15373

“Prezident İlham Əliyevin imzaladığı “İqtisadi rayonların yeni bölgüsü haqqında” fərman tarixi və olduqca əhəmiyyətli bir sənəddir".

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

"Bu fərmanın məhz indiki dönəmdə imzalanması çox önəmlidir. 1921-ci ilin iyulunda Rusiya Kommunist Bolşeviklər Partiyasının Mərkəzi Komitəsinin Qafqaz Bürosunun plenumunun iclas-protokolu ilə süni şəkildə yaradılmış “Dağlıq Qarabağ” ifadəsi 100 il sonra Prezident İlham Əliyevin müvafiq fərmanı ilə tam aradan qaldırılmış oldu. Beləliklə, tarixi ədalət bərpa olundu - “Dağlıq” sözü Qarabağdan çıxarıldı”, - deyə o, qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ərazilərinin 30 illik işğalına son qoyulması - Qarabağın erməni işğalından azad edilməsi iqtisadi rayonlar üzrə bölgüyə yenidən baxılmasını şərtləndirirdi.

"İqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək. Fərmanda qeyd edildiyi kimi, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd olunan ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılması məqsədəmüvafiqdir. Bütün bunlar onu göstərir ki, ölkəmiz üçün müharibədən sonra yeni bir dövr başlayır. Qarabağın işğaldan azad olunması iqtisadiyyatımızın inkişafına böyük töhfələr verəcək.

Ümumilikdə, iqtisadi rayonların sayı 10-dan 14-ə çatır. Çünki Azərbaycan iqtisadiyyatı ötən illər ərzində üç dəfədən çox böyüyüb, regional və sektoral strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar yaradıb", - deyə F.Yıldırım əlavə edib.

Onun fikrincə, Prezidentin bu fərmanı gələcək inkişafımız üçün bir yol xəritəsidir: 

“Bu sənəd həm də bir çox mesajları özündə ehtiva edir. İqtisadi rayonların bölgüsü zamanı Qarabağ iqtisadi rayonunda da müəyyən dəyişiklər əks olunur. İlk növbədə bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edəcək. Bu iqtisadi rayona Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir. Bu region özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağı əhatə edir. Mən millət vəkili olara təmsil etdiyim Bərdənin də Qarabağ iqtisadi rayonuna daxil edilməsini əhəmiyyətli hesab edirəm. Biz hər zaman deyirik ki, Bərdə Qarabağın qapısıdır. Qarabağın azadlığa qovuşması ilə Bərdə və digər ətraf rayonlar da daha sürətlə inkişaf edəcək".

F. Yıldırım qeyd edib ki, digər önəmli bir məqam Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasıdır: 

“Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasının həm iqtisadi, həm də siyasi əhəmiyyəti var. Bu iqtisadi rayona daxil olan bölgələrin işğaldan azad edilməsindən sonra böyük inkişaf perspektivi gözləyir. Bu amil ölkəmizin iqtisadi potensilaını daha da artıracaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin