BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
11541

“Hazırda  Azərbaycanda 1000-dən çox Rusiya şirkəti fəaliyyət göstərir”.

İqtisadiyyat Nazirliyindən Valyuta.az-a verilən xəbərə görə, bunu Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, aprelin 26-da Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının geniştərkibli birgə iclasında səsləndirib. 

İclasda çıxış edən ölkələrimiz arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini vurğulayan nazir müavini bildirilib ki, Azərbaycan-Rusiya əlaqələrinin əsas istiqamətlərindən biri qarşılıqlı ticarətdir və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün kompleks tədbirlər görülür: 

“Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, qarşılıqlı ticarət missiyalarının həyata keçirilməsi və hər iki ölkə şirkətlərinin iştirakı ilə Azərbaycanda və Rusiyada keçirilən beynəlxalq sərgilər, birgə layihələrin icrası belə tədbirlərdəndir. Azərbaycan Rusiya ilə ticarət və investisiya sahələrində əlaqələrinin genişləndirilməsində maraqlıdır”. 

Elnur Əliyev biznes təşəbbüslərinin stimullaşdırılmasında, işgüzar dairələr arasında əməkdaşlığın inkişafında və yeni tərəfdaşlığın qurulmasında Azərbaycan–Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının rolunu qeyd edib.

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini, Rusiya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrin inkişaf etdiyini vurğulayıb. 

D.Volvaç bildirib ki, kənd təsərrüfatı, nəqliyyat, sənaye və s. sahələrdə əməkdaşlıq imkanları genişdir və bu baxımdan işgüzar şuraların fəaliyyəti önəmlidir. 

Dmitri Volvaç ikitərəfli iqtisadi əlaqələrin inkişafında iş adamlarının rolunu qeyd edərək, onları fəal əməkdaşlığa dəvət edib.

Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov, Rusiyanın Azərbaycanın əsas starteji və iqtisadi-ticarət tərəfdaşlarından olduğunu vurğulayıb, təmsil etdiyi İşgüzar Şuranın iş adamları arasında əlaqələrin, işgüzar dairələr və dövlət qurumları arasında dialoqun genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının araşdırılması istiqamətində fəaliyyəti barədə məlumat verib.

Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik iki ölkə arasında ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini, Azərbaycan iş adamlarının Rusiyada bir sıra uğurlu layihələr reallaşdırdığını bildirib, iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə hər iki ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri və iş adamları Azərbaycan və Rusiyanın biznes və investisiya mühiti barədə çıxış edib, iqtisadi tərəfdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin