“FTX” kriptovalyuta birjasının qurucusu 25 il müddətində həbs olunub
FTX kriptovalyuta birjasının təsisçisi və keçmiş baş icraçı direktoru Sem Bankman-Frid 25 il müddətinə azadlıqdan məhrum edilib.
Valyuta.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Sam Bankman-Frid fırıldaqçılıq və çirkli pulların yuyulmasında mühakimə olunduğu cinayət işində 25 il müddətinə azadlıqdan məhrum edilib. “FTX” müştərilərinin 8 milyard dollardan çox pulunun itirildiyi, Bankman-Friedin bunu ört-basdır etdiyi və “FTX” investorlarını aldatdığı bildirilib.
Qeyd edək ki, “FTX” 2022-ci ilin noyabrında iflas etdiyini və şirkətin baş direktoru Sam Bankman-Fried-in istefa verdiyini açıqlayıb. “Kripto kralı” kimi tanınan Bankmen-Frid dekabr ayında ABŞ-ın cinayət şikayətindən sonra Baham adalarında saxlanılıb. 21 dekabr 2022-ci ildə ABŞ-a təhvil verilən Bankman-Fridin məhkəməyə qədər 250 milyon dollar girov qarşılığında sərbəst buraxılmasına qərar verilib. Ona qarşı irəli sürülən "fırıldaqçılıq" ittihamlarını rədd edən Bankman-Frid səhvlər etdiyini, lakin heç vaxt vəsait oğurlamaq niyyətində olmadığını iddia edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay