BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
8836

Azərbaycanda sahibkarlıq subyektlərinin yoxlanılmasına moratoriumun tətbiq edildiyi 2015-ci ilin noyabr ayından 2021-ci il yanvarın 1-dək 19,4 min yoxlama aparılıb. 

Valyuta.az “İnterfaks-Azərbaycan” agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumətin 2020-ci ilə dair hesabatında deyilir.

“Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanunun qəbul edildiyi vaxtdan keçən 62 ay ərzində cəmi 19,4 min yoxlama aparılıb (vergi yoxlamaları istisna olmaqla) ki, bunun da 17,1 mini 2020-ci ili əhatə edib”, - deyə hesabatda bildirilir.

Hesabatda müqayisə üçün qeyd edilir ki, əvvəlki 62 ay ərzində (2010-2015-ci illər) yoxlamaların sayı 260 min olub.

Qeyd edək ki, Milli Məclis martın 9-da keçirilən plenar iclasda qanunvericilikdə sahibkarlıq subyektlərinin yoxlanılmasına qoyulan moratoriumun müddətinin 1 yanvar 2022-ci il tarixinədək uzadılmasını nəzərdə tutan dəyişiklikləri qəbul edib.

Bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda edilən dəyişikliklərdə nəzərdə tutulub.

Prezident İlham Əliyev 2015-ci il oktyabrın 26-da sahibkarlıq sahəsində yoxlamaların 2015-ci il noyabrın 1-dən iki il müddətinə dayandırılmasını nəzərdə tutan qanun imzalayıb. 2017-ci ilin noyabr ayında bu moratorium 2021-ci il yanvarın 1-dək uzadılıb.

Qanuna əsasən, yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar və maliyyə bazarı subyektlərində yoxlamalar, habelə tikintiyə və özəl tibb müəssisələrinin fəaliyyətinə dövlət nəzarəti çərçivəsində yoxlamalar aparıla bilər.*

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azərkosmos" “Azerspace-1” peyki üçün sığortaçı seçib

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin