BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
42547

Azərbaycanda tikintisinə icazə verilmiş, amma inşaat işlərinə başlanmamış və ya tikintisi başa çatmamış binaların mənzillərinə də mülkiyyət sənədi veriləcək.

Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov deyir ki,  bu, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemi”nin işə salınması sayəsində mümkün olacaq.

Sistem ölkə başçısının 17 noyabr 2023-cü il tarixli fərmanı əsasında yaradılır. Bu, daşınmaz əmlaka dair bütün sənədlərin tam elektronlaşmasına imkan yaradacaq. Sistemə bütün müraciətlər elektron yolla ediləcək və məmur-vətəndaş ünsiyyəti tamamilə aradan qaldırılacaq.

Sistem həm də tikilməkdə olan binalarda eyni mənzilin bir neçə müştəriyə satılmasının qarşısını alacaq.

Yəni, çox mənzilli binanın tikintisinə icazə verildikdən sonra onun layihəsi sistemə yerləşdiriləcək. Onun kimə satılması və neçəyə alınması qeyd olunacaq. Həmçinin, ödənişlər də bütünlüklə sistem üzərindən aparılacaq. Bu, ödənişin edilib-edilməməsi ilə bağlı müştəri ilə tikinti şirkətləri arasında mübahisələrin qarşısını alacaq. Bu çərçivədə texniki parsportların elektronlaşması da həyata keçirilib.

Texniki parsportların elektronlaşması sadə vətəndaşlara istənilən əmlakın yerləşdiyi ərazini real xəritələrdə görmək imkanı yaradacaq. Bu, əmlakla bağlı bir sıra möhtəkirliklərin qarşısını almağa imkan yaradacaq.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sənədsiz evlər probleminin həlli istiqamətində də addımlar atılır. İndiyə kimi sovet dövründə və müstəqilliyin ilk illərində müxtəlif qurumların icazəsi əsasında tikilmiş 100 minə yaxın fərdi yaşayış evinin sənəd problemi həll edilib. Hazırda isə heç bir sənədi olmayan evlər probleminin həlli üzrə addımlar atılır.

Bu evlərin sənəd probleminin həlli Azərbaycanın dayanıqlı sosial rifah ölkəsinə çevrilməsində növbəti addam olacaq. Əmlak bazarına yeni fondlar daxil olacaq və bu, cəmiyyətdə orta sinifin çəkisini artırmaqla yanaşı, əmlak bazarında da canlanma yaradacaq.

© Real TV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kirayə üsulu ilə satışa çıxarılan mənzillər üçün şərtlər – Minimum 3, maksimum 25 il...

Qəzalı çoxmərtəbəli binaların söküntüsü niyə gecikir?

"Çudo Peçka"nın dövlətə 157 min manat vergi borcu var

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı

DİN: "İki gündə kartlardan 40 min AZN-ə yaxın pul oğurlanıb"

Xankəndiyə prokuror təyin edilib

Xankəndiyə prokuror təyin edilib

Mədəniyyət Nazirliyində yeni təyinat

Mədəniyyət Nazirliyində yeni təyinat

“Lifttəmir” İstehsalat Birliyində nöqsanlar aşkarlanıb

Ağdamda subartezian quyularının bərpasına başlanılır

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin