BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
40722

Türkiyənin Mərkəzi Bankının sədri Hafize Qaye Erkan müsahibəsində Türkiyədə evlərin satış və kirayə qiymətlərinin yüksək olmasından danışarkən bildirmişdi ki, bir insanın 10 evi olmamalıdır, 10 insanın bir evi olmalıdır. Yəni 1 insan 10 ev alırsa, artıq bazara öz təsirini göstərmiş olur.

Azərbaycanda da hazırda təxminən eyni mənzərə ilə qarşılaşırıq. Bakıda yeni tikilən göydələnlərdə bir çox evlərin işığı yanmır. Bu da onu göstərir ki, həmin evlərdə yaşayış yoxdur. Yəni yatırım məqsədi ilə alınanları çoxdur. Digər tərəfdən isə, paytaxtda evlərin satış və icarə qiyməti günü-gündən yüksəlir. Maraqlıdır, evlərin nə qədəri investisiya məqsədli alınır? Evlərin investisiya məqsədi ilə alınması qiymətlərə hansı səviyyədə təsir edir?

 

30 faizi investisiya, 70 faiz yaşayış üçün…

 

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Valyuta.az-a bildirib ki, şəhər ətrafında və nisbətən ucuz olan binalarda investisiya məqsədi ilə az yatırım olur: “Adətən vətəndaşlar həmin binalarda yaşamağa üstünlük verirlər. Nisbətən bahalı binalarda investisiya məqsədli alışlar daha çox olur. İmkanlı şəxslər ikinci-üçüncü əmlak kimi belə binalardan ev alırlar. Orta hesabla daşınmaz əmlakın 30 faizi investisiya, 70 faiz hissəsi isə yaşayış üçün alınır. Son 3 ildə daşınmaz əmlakın bahalaşması daha çox olduğuna görə investisiya həcmi daha çoxalıb”.

İqtisadçı ekspert Fərid Mehralızadə isə dedi ki, yeni tikili binalarda investisiya məqsədi ilə alınan evlərin daşınmaz əmlak bazarına təsiri var: “Bu, tələbin həmişə canlı qalmasına səbəb olur və iqtisadiyyatda qiymətlər tələb təklif əsasında müəyyənləşir. Əgər alıcı az olarsa, qiymətlər aşağı ola bilər, amma investisiyanın məqsədi daimi olaraq yüksək gəlirli seqmentli evlərə yönəldilməsi daşınmaz əmlak bazarında tələbi həmişə canlı tutur. Bu da qiymətlərin müəyyən qədər aşağı enməsinin qarşısını alır”.

 

Bir neçə mənzili olanlara yüksək vergi…

 

Ekspert bu halların qarşısının alınması üçün hansısa məhdudiyyətlərin tətbiq edilməsinin tərəfdarı deyil: “Bu tipdə məhdudiyyətləri sosial mənzillər ilə bağlı tətbiq etmək olar. MİDA-nın tikdiyi evlərdə müəyyən kateqoriyaya aid olan insanlar alış edə bilər. Amma bu kateqoriyanın özünə də bəzi filtrlərin olması müsbət olardı. Məsələn, kimsə dövlət qulluqçusu, məcburi köçkün və s. kimi sosial qruplardandırsa, evləri varsa, gəlirləri yüksəkdirsə, onları MİDA-nın ev almaq sihayısından çıxarmaq olar. O layihənin məqsədi az gəlirli insanları ev ilə təmin etməkdir. Həmin sosial qrupda olsa belə, özlərinin ev almaq imkanı olan insanları çıxarmaqla müəyyən qədər daha ədalətli sistem qurmaq olar. Çünki, hər dəfə MİDA evləri satışa çıxaran zaman bir evə ən azı iyirmi namizəd olur bu da bir çox insanların evsiz qalmasına, bəzi hallarda isə imkanı olan insanların güzəştli mənzil almasına səbəb olur”.

“Bəlkə də, bir neçə mənzili olan insanlara daha yüksək vergi tətbiq etməklə müəyyən qədər bu prosesin qarşısını almaq olar. Amma azad bazar iqtisadiyyatında insanların mülkiyyət əldə etməsinin qarşısını almaq olmaz”, - deyə Fərid Mehralızadə qeyd edib.

 

Uğurlu yatırımdır?

 

Bəs danışmaz əmlak hazırkı dövrdə nə dərəcədə uğurlu yatırım hesab edilir? İnvestisiya üzrə mütəxəssis Rövşən Hüseynov isə deyir ki, yeni tikili binalardan ev almaq çox yaxşı yatırım formasıdır, amma bu evi sadəcə investisiya məqsədi ilə almaq lazımdır. Bəzi şəxslər evə kirayə vermək məqsədi ilə yatırım edir, bu heç uğurlu yatırım strategiyası deyil”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu rayona yeni rəis müavini təyin edildi

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Azərbaycanda tanınmış müəllim vəfat etdi (FOTO)

Azərbaycanda institusional investorların məlumat bazası yaradılacaq

Sabah Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

Bakıda 23 dərəcə isti olacaq

Pulunuzu boş yerə xərcləməkdən bezmisiniz? Qənaətin 10 qaydası

150 nəfərə Prezident mükafatları verildi (SƏRƏNCAM)

Prezident bu mədəniyyət xadimlərinə təqaüd ayırdı (SİYAHI)

Hitlerə qarşı döyüşən neçə azərbaycanlı sağdır?

İcra başçısının müavini vəfat etdi

İcra başçısının müavini vəfat etdi

Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

NASA qara dəlikdə səyahətin videosunu yayımlayıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Bakıda minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir - Video

Aprel ayı dünyada bir ilkə imza atıb

Faşizm üzərində qələbədən 79 il ötür

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Dünyanın ən bahalı futbol klubları açıqlandı

Dünyanın ən bahalı futbol klubları açıqlandı

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin