BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
46677

“Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyəv "Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol" mövzusunda keçirilən tədbirdə bildirib ki, Çindən Azərbaycana gətirilən 160 ədəd elektrik avtobus xəttə buraxılacaq”.

Bu avtobusların yerli ictimai nəqliyyatda effektivliyi necə olacaq? 

Bununla bağlı Valyuta.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, hazırda elektrobusların tramvay və trolleybusolara bir alternativ kimi təqdim edirlər:

“Düşünülür ki, elektrobuslar ekonumdur, əlavə xərc tələb etmir və s. Amma  bu avtobusların da özlərinə məxsus problemləri var. Məsələn, ehtiyyat hissələri xarici ölkələrdən alınmalıdır. Lakin ehtiyyat hissələri baha başa gəlir. Bundan əlavə həmin avtobusların dioqnastikası, usta işləri, təmirinə aid məslələr çox çətin və bahalıdır”. 

Elektrobusların istismarı haqqında da danışan ekspert bildirib ki, onlardan istifaədnin bir neçə üstünlüyü var:

 “Bu avtobuslar təbiətə tullantı qazlar ixrac etmir. Yanacaq sərfiyyatı yoxdur. Bütün bunları nəzərə alaraq o avtobuslardan istifadə cəlbedici görünə bilər. Amma elektroavtobuslar uzun istismara hesablanmır.  Mütləqdir ki, bir neçə dəfə əsaslı cari təmirlərə ehtiyac olsun.  Əgər bu olmazsa, həmin avtobuslar sıradan çıxacaq. Sahibkar da belə avtobusları ölkəyə bir, iki dəfə gətirəcək, lakin sonra səmərəsi olmadığını görüb vaz keçəcək”. 

Həmin avtobusların istismara veriləcəyi ərazilər haqqında da danışan Aslan Əsədov bildirib ki, ictimai nəqliyyatla bağlı adətən yenilik şəhərin mərkəzi hissələrinə tətbiq edilir, sonra yaxın ərazilərə, daha sonra isə Bakıətrafı ərazilərə aid edilir:

“Amma inanmıram ki, bu avtobusların sayı artırılsın, bu proses Bakıətrafı ərazilərə də sıçrasın. Onu da qeyd edim ki, Bakıətrafı ərazilərin bir-biri ilə əlaqəsi də hələki köhnə, istismar müddəti bitmiş avtobuslarla keçirilir. Onlar müasir tələblərə cavab verən avtobuslarla təmin olunmayıb. Ona görə də bu gətirilən avtobusların fəaliyyəəti şəhərin mərkəzi üçün nəzərdə tutulacaq. Lakin bu avtobusların istismar prosesi necə aparılacaq, aparılacaqsa sərf edəcəkmi və s. məsələlər haqqında nəsə demək çətindir”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin