BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
45776

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan “Google” daha bir tətbiqini bağlamaq qərarına gəlib. 

Valyuta.az xəbər verir ki, “Google Podcasts” da artıq tarixə qovuşmaq üzrədir. Şirkət “Google Podcasts”ı “YouTube Music” tətbiqinə köçürməyə hazırlaşır. Buna qədər məşhur texnologiya şirkəti “Google Glass”, “Google Stadia”, “Google+”, “Google Hangouts” da daxil olmaqla ümumilikdə 293 tətbiqin istifadəsini dayandırmışdı. 294-cü isə “Google Podcasts” olacaq.

“Killed by Google” internet səhifəsindən toplanan məlumata görə, “Google” tərəfindən bu günə qədər 293 tətbiq müxtəlif səbəblərdən bağlanaraq tarixə düşüb. Təkcə dünya üzrə Android cihazlarında 500 milyon dəfədən çox quraşdırılan “Google Podcasts” beş ildən artıqdır ki, podkastları kəşf etmək istəyən istifadəçilərin diqqətini çəkən proqramlardan olub.

2024-cü ildə dayandırılacağı açıqlanan “Google Podcasts” üçün şirkət istifadəçilərin məlumatlarını “YouTube Music”ə köçürmələrini istəyir. Beləliklə, “Google” vasitəsilə podkastları dinləmək fikrində olan istifadəçilər artıq “YouTube Music” platformasında istədikləri kanallara daxil ola biləcəklər.

Əvvəllər Google tərəfindən dayandırılmış bəzi mühüm proqramlar bunlardır:

“Google Glass”

10 il əvvəl ilk istehlakçı yönümlü eynəklərini bazara çıxaran şirkət böyük gözləntilərlə rəğmən istəyinə nail ola bilmədi. Həm artırılmış reallıq mənasında istifadəçinin gözünə məlumat gətirən, həm də foto və video çəkmə imkanı təqdim edən eynəklər yüksək qiymətə görə gözlənilən diqqəti görməyib. 2017-ci ildə yalnız müəssisələr üçün eynək istehsal edəcəyini açıqlayan şirkət bundan sonra yeni satışlar etməyəcəyini açıqlamışdı.

“Google Stadia”

“Google”un ən böyük təşəbbüslərindən biri olan bulud əsaslı oyun xidməti də gözləntiləri qarşılamadığı üçün bağlandı. Böyük ümidlər bəslənilən və ilk elan edildiyi zaman oyun ekosistemini əhəmiyyətli ölçüdə dəyişdirəcəyi düşünülən layihə, adını tarixdəki uğursuz cəhdlər arasına yazdırdı.

“Google+”

“Google Plus” (Google+) “Facebook” və “X” (Twitter) kimi sosial media şəbəkələrinə bənzər bir quruluşa malik idi. “Google”a məxsus olduğu üçün böyük ümidlərlə qurulan sosial media şəbəkəsi 2019-cu ildə bağlanıb. Platforma istənilən yayılma dərəcəsinə çatmamaqla yayım ömür boyu uğursuz oldu.

“Google Hangouts”

“Google”un mesajlaşma proqramı hesab edilən “Hangouts” 2011-ci ildə şirkət tərəfindən istifadəyə verilmişdi. Dövrün mesajlaşma proqramları ilə böyük rəqabətdə olan “Google Hangouts”, digər tətbiqlər istifadə nisbətlərini artırdıqca, populyarlığını itirməyə başladı. Şirkət bu səbəbdən 2022-ci ildən etibarən “Hangouts” tətbiqini dayandırdı.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kirayəçi pulu vaxtında ödəməsə evdən çıxarıla bilər?

Azərbaycandakı sürüşmə zonalarında son vəziyyət açıqlandı

Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

İş stressi ilə necə mübarizə aparaq?

Elektrikli avtomobil sənayesində yeni bir ilkə imza atılıb

Trampdan sensasion dəyişim - Artıq kripto valyutalara güvəndiyini açıqladı

Azərbaycana gələn turistlər daha çox nədən narazıdırlar? - VİDEO

Çin qaz idxalını 21 %-ə yaxın artırıb

“Azersky-2” üçün 1,6 milyon manat ayrıldı

Bu rayona yeni rəis müavini təyin edildi

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Azərbaycanda tanınmış müəllim vəfat etdi (FOTO)

Azərbaycanda institusional investorların məlumat bazası yaradılacaq

Sabah Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

Bakıda 23 dərəcə isti olacaq

Pulunuzu boş yerə xərcləməkdən bezmisiniz? Qənaətin 10 qaydası

150 nəfərə Prezident mükafatları verildi (SƏRƏNCAM)

Prezident bu mədəniyyət xadimlərinə təqaüd ayırdı (SİYAHI)

Hitlerə qarşı döyüşən neçə azərbaycanlı sağdır?

İcra başçısının müavini vəfat etdi

İcra başçısının müavini vəfat etdi

Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

NASA qara dəlikdə səyahətin videosunu yayımlayıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Bakıda minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir - Video

Aprel ayı dünyada bir ilkə imza atıb

Faşizm üzərində qələbədən 79 il ötür

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin