BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
33315

Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması təsdiq edilib.

Valyuta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu sənəd “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən həmin Qanunda qeyd edilən məlumat və sənədlərin tərtib olunma formasını tənzimləyir.

Dövlət Gömrük Komitəsi valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətlərinin bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətlərini aşkar etdikdə bu barədə məlumat və sənədləri araşdırmanın aparılması üçün Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidir.

Dövlət Gömrük Komitəsi “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının ərazisinə gətirilən valyuta sərvətlərinin məbləği 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq olduqda bu barədə məlumat və sənədləri Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidir.

Bu sənəddə nəzərdə tutulmuş Maliyyə Monitorinqi Xidmətinə təqdim olunan məlumatlar Dövlət Gömrük Komitəsi tərəfindən formaya daxil edilir və Maliyyə Monitorinqi Xidmətinə gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron sənəd formasında təqdim edilir. Nəzərdə tutulan məlumatları təsdiq edən sənədlərin surətləri Maliyyə Monitorinqi Xidməti tərəfindən tələb olunduqda elektron formada Maliyyə Monitorinqi Xidmətinə təqdim edilir.

Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən Formada aşağıdakı məlumatlar əks etdirilməlidir:

- gömrük orqanı tərəfindən təsdiq edilmiş sadələşdirilmiş bəyannamənin tarixi və nömrəsi;

- valyuta sərvətləri və milli valyutanın keçirildiyi gömrük məntəqəsinin adı;

- bu sənədin 2-ci və ya 3-cü hissələrində nəzərdə tutulmuş əsaslardan biri;

- şəxsin soyadı, adı, atasının adı, FİN kodu (olduqda), cinsi, doğum tarixi, Azərbaycan Respublikasının vətəndaşına münasibətdə, həmçinin doğulduğu yer;

- şəxsin vətəndaşlığı və ya rezident ölkəsi;

- şəxsiyyəti təsdiq edən sənədin tipi, seriyası və nömrəsi, verildiyi ölkə, Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə, həmçinin şəxsiyyəti təsdiq edən sənədin verilmə və etibarlılıq tarixi;

- valyuta sərvətlərinin və milli valyutanın gətirildiyi ölkə; -. valyuta sərvətlərinin və milli valyutanın çıxarıldığı ölkə; -. valyuta sərvətlərinin və milli valyutanın gətirilmə və ya çıxarılma tarixi, valyuta sərvətlərinin növü, valyuta sərvətlərinin xarici valyutada məbləği və onun manatla ekvivalenti, habelə milli valyutanın məbləği;

- valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətlərinin bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyuta aşkar edildiyi hallarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətlərini aşkar edərsə, bu barədə məlumat.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin