Gömrük
18.09.2023 / 12:13
“Araz Supermarket” 1500 manat cərimələnə bilər
32943
“Araz Supermarket” MMC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
485.2-ci maddəsinə əsasən, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilir.
“Araz Supermarket” MMC “Veysəloğlu” Şirkətlər Qrupuna daxildir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay