BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
9077

“Son 2 gündə ölkə üzrə təbii qaza olan tələbatda artım müşahidə olunmaqdadır. Bu təlabata uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi əhali xətlərini əhatə edən şəbəkəyə qazın qəbulunu artırmaq məcburiyyətində qalıb”.

Valyuta.az xəbər verir ki, bu barədə Birliyin baş direktoru Ruslan Əliyev öz facebook sosial şəbəkə ünvanında paylaşım edib.

Onun sözlərinə görə, təkcə 13 mart tarixində əhali xətlərinə ötən ilin eyni dövrü ilə müqayisədə 16 milyon kubmetrə yaxın artıq qaz qəbul olunub. Ötən il 13 mart tarixində əhali xətləri üzrə qaz qəbulu 18,6 milyon kubmetr təşkil edib.

“2021-ci ilin 13 mart tarixində isə bu rəqəm artıq 34 milyon kubmetrdir. Arxada qoyduğumuz 13 günlük göstəricilər isə daha böyük rəqəmləri əks etdirir. Təsəvvür edin, ötən illə müqayisədə mart ayının 13 günü ərzində əhai xətləri üzrə 100 milyon kubmetr artıq qaz qəbulu aparılıb.

Belə ki, 2020-ci ilin mart ayının 13 günündə bu göstərici təqribən 293,3 milyon kubmetr, bu il isə təqribən 393,2 milyon kubmetr təşkil edir. Deməli, mart ayı yaz fəsli sayılsa da, reallıqda 2021-ci ildə qış ayı kimi müşahidə edilməkdədir. Təlabatın qarşılanması üçün digər müvafiq strukturlarla daim təmasdayıq.

Abonentlərin təbii qaza olan ehtiyacını təmin etmək üçün var gücümüzlə çalışırıq. Əgər Sizi narahat edəcək məqamlar varsa, hansısa ərazilərdə qaz təchizatına dair çətinlikləriniz qalıbsa, mütləq bizim 104/185 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlayın, 077 3 104 104 saylı whatsapp nömrəsinə mesaj göndərin və yaxud facebook sosial şəbəkəsi üzərindən mənim özümə yazın”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin