BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
45317

Əvəzsiz sərvət sayılan neftin yüz illərlə inkişafına və ondan istifadə tarixinə nəzər salsaq, Bakı neftinin dünyada özünəməxsus yer tutduğunu görərik. Azərbaycan tarix boyu neft-qaz sənayesinə əvəzsiz töhfələr bəxş edib, neftin kustar üsulla çıxarıldığı zamanlardan Bakı neftçilərinin fədakar əməyi daim nümunə olub, onların neft işinə gətirdiyi mütərəqqi yeniliklər dünya praktikasında geniş tətbiq edilib.

Bakının Balaxanı, Sabunçu və Ramana əraziləri tarixə ən qədim neft mərkəzləri kimi düşüb. Dünyada ilk neft quyuları burada qazılıb, neft hasilatına buradan başlanıb.

Valyuta.az xəbər verir ki, Oxu.az-ın əməkdaşları Azərbaycanın ən qədim yataqlarından biri olan Balaxanı neft sahəsinə səfər ediblər.

Burada diqqətimizi neft buruqları yox, dartay (tartal) üsulu ilə hasil olunan neft quyuları çəkdi.

Öyrənirik ki, SSRİ-də ilk dəfə olaraq 1975-ci ildə Balaxanıda istifadəsiz qalmış neft mədənləri sahəsində neft şaxtasının tikintisinə başlanıb. Bu, qeyri-adi üsul “1976-1980-ci illərdə SSRİ xalq təsərrüfatının inkişafının əsas istiqamətləri” Proqramına daxil edilib. Şaxta üsulu ilə neft hasilatı texniki və texnoloji baxımdan ənənəvi üsullardan fərqli idi və azməhsuldarlı, enejisini itirmiş dayaz kollektorların işlənməsində layların neftvermə imkanlarını artıra bilər. Lakin çoxsaylı texniki problemlərin həll olunmaması ucbatından onun tikintisi sona çatdırılmadan 1986-cı ildə dayandırıldı.

Bu gün yataq işlənmənin dördüncü yəni, sonuncu mərhələdədir. Bu mərhələdə artıq yataqların təbii enerjisi tükənir. Əksər yataqlarda bu mərhələdə qravitasiya rejimi hökm sürür.

Bəs qravitasiya rejimi nədir?

Bu rejimli yataqlarda neft özünün ağırlıq qüvvəsi sayəsində quyudibinə hərəkət edir. Belə rejimlər sərbəst formada (az dərinliklərdə yatan laylarda) və süni (texnoloji) dəyişmələr nəticəsində - işlənilmə prosesində neftdə həll olmuş qaz rejiminin tükənən anlarında yaranır.  Bu  rejimdə neft layın yuxarı hissələrindən  aşağılara doğru axır. Odur ki, aşağı  hipsometrik dərinliklərdə yerləşən quyuların hasilatı yuxarı hissələrdəki (məsələn, tağ hissələrində) quyuların hasilatından çox  olur.  Qeyd  etmək  lazımdır  ki,  qravitasiya  rejimi  ilə  səciyyələnən  yataqların işlənilmə intensivliyi zəif olur.  Belə rejimli yataqlarda son neftvermə əmsalı 0,10-0,20 təşkil  edir. Bu rejim Balaxanı yatağında özünü daha qabarıq göstərir. Yüz illərdir istismar olunan quyuların hasilatı azalıb. Bundan sonra ağırlaşmış neftin quyu dibinə axını azaldığından və laylar təbii sementləşməyə məruz qalmadığı üçün maye ilə birlikdə quyu dibinə çoxlu miqdarda qum axını baş verir. Bu quyuların dalma nasosları ilə istismarı mümkünsüz olur. Çünki belə quyularda nasosla neft çıxarılarsa, neftlə birlikdə quyunun dibindəki digər qarışıqlar da sovrular. Bu isə nasosun işləməsinə mənfi təsir edər. Bu səbəbdən dartay (tartal) üsulu daha səmərəli hesab olunur.

Bu quyuların tarixi işlənməyə daxil olunmadan (1870-ci illər) daha əvvəllərə gedib çıxır. Bu quyuların diametri müasir üsulla qazılan quyuların diametrindən böyükdür, quyuların dərinliyi az olduğuna görə quyunun dibinə qədər xüsusi kolonlar buraxılır və bu kolonlar quyunun aşınmamasına, ovulmamasına xidmət edir, quyuları dağılmağa qoymur. Yaxın keçmişə qədər yerli əhali bu quyulardan primitiv üsulla neft çıxararaq istifadə ediblər.

Sual verilə bilər ki, nə üçün keçmişin üsulu hələ də sənayeyə tətbiq edilir?

Çünki, bu üsul  keçmişin müasir dövrümüzə tətbiq etməklə qalıq çıxarılabilən neftin maksimum hasil olunmasına imkan verir. Yuxarıda deyildiyi kimi dalma nasos üsulundan istifadə mümkünsüzdür.

Bu üsulu az dərinliyə malik nisbətən kiçik diametrli istismar kəməri olan quru yataqlarındakı digər quyulara da şamil etmək olar.

Yataq 2012-ci il tarixindən “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunur.

Qeyd edək ki, 2010-cu ilin iyun ayında Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında “Azərbaycan Respublikasının Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Saziş bağlanıb. Balaxanı-Sabunçu-Ramana yataqlar bloku bir-birinə sıx yerləşdiyinə görə, hər zaman bir yataq kimi qeydə alınıb.

“Balakhani Operating Company LTD” şirkətinin 5 saylı Neft və Qaz Çıxarma İdarəsinin (NQÇİ) rəisi Elnur Haşımov bildirib ki, hazırda yataqda dartay üsulu ilə istismar olunan quyuların sayı 22-dir:

“Onların dərinliyi 80-250 metr arasında layın yatım elementindən asılı olaraq dəyişir. Bu üsul çox səmərəlidir. Baxmayaraq ki, primitiv üsul sayılır – ancaq təxminən 200-250 litrlik klapanlı badyanlar (xüsusi uzunsov qab) quyuya endirilir. Badye quyu dibində olan zaman klapan açılır və maye badyenin içinə daxil olur. Badye quyudan qaldırılan zaman klapan bağlanır və maye (neft) badye ilə yer səthinə qaldırılır. Hər bir quyunun hasilatı onda formalaşmış mayenin səviyyəsindən və səviyyənin formalaşma müddətindən asılıdır”.

Qeyd edək ki, Balaxanı-Sabunçu-Ramana neft-qaz yatağı Abşeron yarımadasının ən iri, nadir neft yatağıdır. Yatağın Balaxanı sahəsində, hələ çox qədim zamanlarda əllə qazılmış 3-5 metr dərinliyi olan quyulardan neft çıxarılıb. “Balaxanı-Sabunçu” yatağının quruluşunda məhsuldar qat çöküntüləri iştirak edir. İstismar dövründə ümumi qazılmış quyuların sayı 9715-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin