BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8391
  • 1 Rusiya rublu
    0.0188
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1625
42682

BP şirkətinin törəməsi olan “Lightsource bp” şirkəti bu ilin oktyabrında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisinə başlamağı planlaşdırır.

Bu barədə “Şəfəq” layihəsinin tikintisi ilə bağlı açıqlanan Ətraf Mühitə Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsinə dair Hesabatında deyilir.

Hesabata əsasən, “Şəfəq” günəş elektrik stansiyasının inşası üçün Azərbaycan hökuməti ilə bağlanmış əməkdaşlıq sazişi çərçivəsində “BP Exploration Caspian Sea Limited” şirkətinin adından layihənin işlənməsini həyata keçirən tərəf qismində çıxış edir.

Bildirilir ki, günəş elektrik stansiyası Cəbrayıl rayonunda, Araz çayının şimal-qərbində, Cəbrayıl şəhərindən 6 km cənubda, Hacılı kəndi yaxınlığında tikiləcək. Stansiyanın sahəsi 802 hektar olacaq, stansiyanın özü 240 MVt dəyişən cərəyan gücünə (generasiya gücü) malik olacaq ki, bu da öz zirvəsində 288 MVt-a çata bilər.

Layihəyə fotovoltaik günəş elektrik stansiyasının layihələndirilməsi, avadanlıq təchizatı, tikintisi, quraşdırılması, sınaqları, istismara verilməsi və istismarı daxildir.

Hesabatda qeyd edilib ki, bu işlərin icrasına 2024-cü ilin ikinci yarısında başlanacaq və təxminən 18 ay davam edəcək. “Lightsource bp” şirkəti stansiyanın tikintisi, istismara verilməsi və istismarına cavabdeh olacaq.

Elektrik stansiyasının istehsal etdiyi elektrik enerjisi sonda “Azərenerji” ASC-yə ötürüləcək. Layihə çərçivəsində 33/330 kV-luq yarımstansiyanın tikintisi də nəzərdə tutulub.

Qrafikə uyğun olaraq, 2024-cü ilin iyul-oktyabr aylarında “Lightsource bp” şirkəti qüvvə və vasitələrin (iş qüvvəsi, texnika və s.) səfərbər edilməsi və ərazinin hazırlanması üzrə işlərin görülməsini planlaşdırır. Günəş elektrik stansiyasının tikintisi 2024-cü ilin oktyabrından 2025-ci ilin noyabrınadək aparılacaq, istismara vermə sınaqlarına 2025-ci ilin noyabrında başlanacaq, stansiyanın kommersiya istismarına 2025-ci ilin dekabrında başlanacaq. 6-8 ay ərzində tikinti işçi qüvvəsinin orta hesabla 300 nəfərdən ibarət olacağı, pik dövrdə isə 700 nəfərə çatacağı gözlənilir.

Qeyd edək ki, günəş elektrik stansiyasının ilkin dəyəri 200 milyon ABŞ dolları məbləğində proqnozlaşdırılır.

Ötən il iyunun 3-də Energetika Nazirliyi və BP GES-in tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Sazişi imzalayıblar. Bu sənədə işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35 %-dək azaltmaq öhdəliyinin, BP-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imza atılıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Süni intellektin erası: 2030-cu ildə bazarın həcmi 1 trilyon dolları keçəcək

Kainatın ən uzaq və ən qədim qalaktikaları kəşf edildi - ELMİ SENSASİYA

Kainatın ən uzaq və ən qədim qalaktikaları kəşf edildi - ELMİ SENSASİYA

Prestij simvolu olan “Rolex” necə bir dünya brendinə çevrildi?

Dünyada ən çox qızıl hasil edən ölkələr – TOP 10

Əmək müqaviləsinin vaxtında qeydiyyata alınmaması hansı risklər yaradır?

Əmək müqaviləsinin vaxtında qeydiyyata alınmaması hansı risklər yaradır?

Neft şirkətinin 12 milyard dollarlıq səhmləri bir neçə saata satıldı

Yağış taxıl zəmilərinə ciddi ziyan vurur, yığımı ləngidir - Qıtlıq ola bilərmi?

Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edildi

Dəmiryolu stansiyalarında ödənişsiz “Wi Fi” zonaları yaradılacaq

Norveç Ukraynaya 300 milyon dollardan çox hərbi yardım göstərəcək

Bakıda köhnə binalardakı mənzillər kütləvi satışa çıxarılır

Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub

Bu ilin ilk dörd ayında ölkədə 300 min hektar sahədə yazlıq bitkilər əkilib

Mövsümündə satılmayan qarpız haradan gətirilir?

Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin qalibi olub

Sabahdan DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq

Görmə məsafəsi məhdudlaşacaq

Rusiyanı xilas edən tatar bankir - onu niyə öldürmək istəyirlər?

Sabahın havası meteohəssas insanlar üçün əsasən əlverişlidir

Türkiyədən dəri məhsullarının alışında 25 faizlik azalma

"YouTube"da ən populyar bloger məlum oldu

Çimərliklərdə mövsümə hazırlıqlar başlayıb: Son vəziyyət necədir?

Küləkli və yağıntılı hava şəraiti bu vaxtadək davam edəcək

Maşın bazarında diqqət cəlb edən ucuzlaşma - Davamlı olacaq?

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır

Bu gün imtahan var

Süni intellektli telefonlar: Üstünlük, yoxsa problem?

Azərbaycanda bu məhsullar ucuzlaşdı (VİDEO)

Çinin kosmik aparatı Ayın əks tərəfinə enib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin