BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
35987

Valyuta.az Azərbaycanın maliyyə naziri Samir Şərifovun müsahibəsini təqdim edir:

- Samir müəllim, 2024-cü ilin büdcə layihəsində səhmlərində dövlətin payı olan cəmi 2 şirkətin büdcəyə dividend ödəməsi proqnozlaşdırılır. Bu şirkətlər Azərbaycan Beynəlxalq Bankı (150 milyon manat) və Azərbaycan Dövlət Neft Şirkətidir ( 408 Milyon manat). Digər dövlət şirkətləri hansı səbəbdən büdcəyə dividend ödəmir?

- Səhmlərində dövlətin payı olan şirkətlərin dövlət büdcəsinə dividend ödəməsi ilə bağlı hökumət hal-hazırda müəyyən metodoloji əsaslar üzərində işləyir. Nə zaman ki, dövlət şirkətlərinin büdcəyə dividend ödəməsi ilə bağlı metodologiya hazır olacaq, o zaman biz bütün suallara cavab verə biləcəyik.

Növbəti ilin yanvar ayının 1-də Azərbaycana gətirilən 272 adda xammal və materialların idxalı üzrə gömrük rüsumlarının dərəcələri 7 il müddətinə sıfıra endiriləcək. Bu məhsulların gömrük rüsumlarından azad edilməsinin 2024-cü ilin büdcə gəlirlərinə 100 milyon manat azaldıcı təsir göstərəcəyi proqnozlaşdırılır. Bu güzəştlərin büdcəyə birbaşa və dolayı yolla təsiri necə olacaq?

- Bəli, bu güzəştlərə görə gömrük daxilolmaları azalacaq, amma digər tərəfdən vergi daxilolmaları artacaq. Belə ki, söhbət Azərbaycanda istehsalı olmayan xammal və materialların idxal gömrük rüsumlarının sıfıra endirilməsindən gedir. Bu məhsullar sahibkarlar tərəfindən ölkəyə gətirilərkən idxal gömrük rüsumları ödənilir. Xammal və materiallar idxal edildikdən sonra istehsal və emal prosesinə başlanılır. Xaricdən gətirilən xammal və materiallara gömrük rüsumlarının tətbiqi öz növbəsində istehsala başlamadan məhsulun maya dəyərinə artırıcı təsir göstərir.

Hökumətin bu güzəştlərə getməsinin səbəbi sahibkara dəstək verməkdir. Biz istəmirik ki, sahibkar hələ bir qəpik qazanmadan idxal zamanı gömrükdə əlavə xərclərə məruz qalsın, çünki bu xammal və materiallar onsuz da bizdə yoxdur. Növbəti ildən vəziyyət sahibkarların xeyrinə dəyişəcək. Belə ki adıçəkilən məhsulların gömrük rüsumlarından azad edilməsi istehsal ediləcək məhsulların maya dəyərinin azalmasına birbaşa təsir göstərəcək. Bu tədbirlər sahibkarların stimullaşdırılmasına, istehsal və emal sənayesinin inkişafına təsir göstərəcək. Beləliklə, istehsal edilən məhsulların həm həcmi, həm də satışı artacaq. Bu da, öz növbəsində, müvafiq olaraq vergi ödənişlərini artıracaq. Son nəticə olaraq, atılan bu addımlar sayəsində büdcə uduzmayacaq, əksinə, vergi daxilolmalarının artması hesabına büdcə gəlirləri artacaq.

Dövlət Vergi Xidmətinin xətti ilə proqnozlaşdırılan büdcə daxilolmalarının məbləği 13 milyard 865 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 1 milyard 122 milyon manat azdır. Bu azalmanın əsas səbəbi nədir?

- Bu azalmanın birinci səbəbi neft-qaz sektorunda hasilatın azalmasıdır. Belə ki, əsas neft yatağımız olan "Azəri-Çıraq-Günəşli"nin illər ərzində istismarı nəticəsində onun ehtiyatları tədricən tükənir. Neft sektorunda hasilatın azalması nəticəsində konsorsiumlar tərəfindən daha az mənfəət vergisi ödənilir.

İkinci səbəb cari ildə qaz qiymətlərinin gözlənilmədən yüksəlməsi olub. Təbii qaz üzrə Avropada böhran olmuşdu və qiymətlər çox yüksək artmışdı. Biz bu yüksək qiymətləri nəzərə alaraq, cari ilin iyun ayında dövlət büdcəsinin gəlirlərinə yenidən baxılan zaman gəlirlərimizi kəskin sürətdə artırdıq. Artıq qaz qiymətləri normal vəziyyətinə qayıdıb - təxminən 400-500 dollar səviyyəsinə. Biz növbəti il eyni həcmdə qaz satsaq da, cari ildə olan qədər gəlir əldə edə bilməyəcəyik.

Qeyri-neft sahəsində isə vergi daxilolmaları yüksəlib. Nəticə etibarı ilə qeyri-neft gəlirlərinin yüksəlməsi, neft-qaz sahəsində olan azalmanı kompensasiya edə bilmir. Buna görə də ümumi vergi daxilolmaları azalıb. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Gürcüstan turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

Azərbaycanda tanınmış müəllim vəfat etdi (FOTO)

Azərbaycanda institusional investorların məlumat bazası yaradılacaq

Sabah Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq

Keşlə bazarı sökülür? - Rəsmi açıqlama

Bakıda 23 dərəcə isti olacaq

Pulunuzu boş yerə xərcləməkdən bezmisiniz? Qənaətin 10 qaydası

150 nəfərə Prezident mükafatları verildi (SƏRƏNCAM)

Prezident bu mədəniyyət xadimlərinə təqaüd ayırdı (SİYAHI)

Hitlerə qarşı döyüşən neçə azərbaycanlı sağdır?

İcra başçısının müavini vəfat etdi

İcra başçısının müavini vəfat etdi

Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

NASA qara dəlikdə səyahətin videosunu yayımlayıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Bakıda minlərlə sakin sərnişin avtobusu sarıdan əziyyət çəkir - Video

Aprel ayı dünyada bir ilkə imza atıb

Faşizm üzərində qələbədən 79 il ötür

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Dünyanın ən bahalı futbol klubları açıqlandı

Dünyanın ən bahalı futbol klubları açıqlandı

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin