BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
9576

“Martın 22-də planetimizin bir çox ölkəsində dünya su ehtiyatları və ya dünya su günü qeyd olunur. Bu mühüm ekoloji bayramın qeyd olunması barədə qərar 1992-ci ildə Rio-de-Janeyroda keçirilən ətraf mühit və inkişaf üzrə BMT konfransında qəbul edilib”.

Valyuta.az xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib. 

Dünyada su gününün ilk dəfə 1995-ci ildə “Su həyatdır” devizi altında qeyd olunduğunu xatırladan komitə sədri, bildirib ki, 2003-cü il dekabrın 23-də BMT Baş Assambleyası 2005-2015-ci illəri “Su həyat üçün” beynəlxalq onilliyi elan edib:

“Cari ildə Beynəlxalq su gününün mövzusu “Təmiz su sağlam dünya üçün”dür. Yerdə su ehtiyatının çox hissəsi okeanlarda, habelə Antarktida və Qrenlandiyanın çoxillik buzlaqlarında toplanıb. İnsanların istifadə etdiyi su mənbələri, əsasən, göllər, çaylar və su quyularıdır. Dünyada şirin su ehtiyatı ilbəil azalır, istehlak isə artır.

Mütəxəssislərin proqnozlarına görə, 2025-ci ilədək təxminən 2 milyard insan su çatışmayan ölkələrdə və ya regionlarda yaşayacaq. Həmin bölgələrdə adambaşına ildə 500 kubmetrdən az su düşəcək. Bu isə sağlam həyat və gigiyena qaydalarına riayət etmək üçün yetərli deyil”. 

Su sektorunun bir neçə mərhələdən və çoxsaylı maraqlı tərəflərdən ibarət olan mürəkkəb bir ekosistem olduğunu deyən Sadiq Qurbanovun sözlərinə görə, əhali və qeyri-əhali istehlakçılarının su ilə təchiz edilməsi üçün su, ilk növbədə, mənbələrdən qəbul edilməklə anbarlarda saxlanılmalı, daha sonra boru kəmərlərindən və digər zəruri avadanlıqlardan ibarət infrastruktur vasitəsilə son istehlakçılara çatdırılmalıdır: 

“Nəhayət, tullantı suyunun qəbul edilməsi və təmizlənməsi bu ekosistemi tamamlayır, eləcə də çirkab suları təmizlənərək təhlükəsiz şəkildə sistemin özünə qaytarılır. Bu baxımdan, su ehtiyatlarından səmərəli istifadə edilməsi, suyun istifadəsində qənaətli texnologiyaların tətbiqi, su itkilərinin azaldılması, istifadə edilən suyun qiyməti və digər məsələlər ölkənin dayanıqlı su təminatı baxımından böyük əhəmiyyət kəsb edir və dövlətin əsas prioritetlərindən biri olmalıdır”.

O. qeyd edib ki, Yer kürəsindəki su ehtiyatlarının 97,5 faizi şor, yalnız 2,5 faizi içməli sudan ibarətdir: 

“Şirin suyun da 96 faizi bərk haldadır. Maye vəziyyətində olan su ümumi şirin su həcminin təxminən 0,8-1 faizini təşkil edir. Son 50 ildə isə məişətdə su sərfi 31, sənayedə 39, kənd təsərrüfatında isə 28 dəfə artıb. Təxminən 2030-cu ilə qədər Çinin şimalında və Hindistanın cənub-şərqindəki əsas su təbəqəsi quruyacaq. Ümumdünya Ərzaq Təşkilatının hesablamalarına görə, son 100 il ərzində içməli suya olan tələbat əhalinin artım tempinə nəzərən iki dəfə artıb”. 

Komitə sədri, hazırda 1,1 milyard insanın təmiz içməli su əldə etmək imkanından məhrum olduğunu vurğulayıb: 

“Hər gün 2 milyard insan su çatışmazlığı problemi ilə üz-üzədir. YUNESKO-nun yaydığı məlumata əsasən, 2030-cu ildə planetimizin əhalisinin 47 faizi su çatışmazlığı ilə üz-üzə qalacaq. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, planet əhalisinin 20 faizi çirkli sudan istifadə edir. Sudan qaynaqlanan xəstəliklərdən hər 8 saniyədə 1, bir saatda 450, bir gündə 10 min 800, bir ildə 3 milyon 888 min uşaq həyatını itirir. Yuxarıda qeyd etdiklərimiz bu gün dünyadakı vəziyyəti təsəvvür etmək üçün kifayət edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin