BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
8590

Sərbəst auditor Altay Cəfərov: "POS-terminal vasitəsilə də aparılan əməliyyatların məbləğləri pərakəndə ticarət sayılır"

Valyuta.Az xəbər verir ki, sahibkarları, vergi ödəyicilərini, mühasibləri maraqlandıran məsələlərdən biri də POS-terminallar vasitəsilə nağdsız hesablaşma aparılmış məbləğlərin rəsmiləşdirilməsi və uçotudur. 

Mövzu ilə bağlı fikirlərini açıqlayan sərbəst auditor Altay Cəfərov bildirib ki, biznes ictimaiyyətində POS-terminala vurulmuş məbləğlərin həm də kassa kitabına yazılmalı olduğunu iddia edənlər var: 

"Bəziləri isə bildirirlər ki, bu məbləğlər həm kassa kitabına yazılmalı, həm də hesabatda pərakəndə ticarət əməliyyatı kimi göstərilməldir".

A.Cəfərov məsələyə geniş aspektdən yanaşaraq fikrini belə şərh edib: "Tutaq ki, “AA” MMC-nin mağazası pərakəndə ticarətlə məşğul olur və sadələşdirilmiş vergi ödəyicisidir. Şirkət 2021-ci ilin fevral ayında müştərilərdən (alıcılardan) 5.000 manat nağd pul alıb. Müştərilərin yerində aldıqları, amma ödənişi POS-terminal vasitəsilə həyata keçirdikləri malların ümumi dəyəri isə 2.000 manat olub. Bu zaman suallara aydınlıq gətirmək zərurəti yaranır:

1. Nağd hesablama dedikdə nə başa düşülür?

2. MMC POS-terminal vasitəsilə hesablaşdığı 2.000 manata kassa çeki vurmalıdırmı?

3. Kassa kitabına hansı məbləğlər yazılmalıdır?

4. Dövriyyə kimi pərakəndə ticarətin məbləği nə qədərdir?

5. Sadələşdilmiş bəyannamədə hansı məbləğ əks edilməlidir?"

Yuxarıda qoyulan suallara cavab tapmaq üçün ekspert bildirib ki, əvvəlcə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3-cü maddəsinə müraciət edilməlidir. Bu maddəyə əsasən, “nağdsız hesablaşma” dedikdə, aşağıdakılar nəzərdə tutulur:

"1. Bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;

2. Ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;

3. Birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.

Aydın olur ki, POS-terminal vasitəsilə aparılmış hesablaşmalar nağdsız hesablaşma sayılır. Deməli, “AA” MMC-nin fevralda həyata keçirdiyi 5.000 manat nağd, 2.000 manat isə nağdsız hesablaşmadır".

Ekspert, ikinci suala cavab tapmaq üçün Vergi Məcəlləsinin 58.7-ci maddəsinə baxmağın vacibliyini diqqətə çatdırıb: 

"Burada qeyd olunub ki, "bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən ...". 

 Aydın olur ki, ümumiyyətlə əhali ilə kassa aparatı və ya qəbz ilə hesablaşma aparan vergi ödəyicisi istənilən əməliyyata görə kassa çeki və ya qəbz verməlidir. Yəni kassa aparatı ilə hesablaşma aparılan əməliyyatlarda, eləcə də əhali ilə olan bütün hesablaşmalarda kassa çeki yazılmalıdır. “Əhali ilə olan hesablaşmalar” dedikdə buraya həm nağd, həm də nağdsız əməliyyatlar daxildir. Odur ki, nağdsız əməliyyatlara görə də əhaliyə kassa çeki təqdim edilməldir". 

Onun sözlərinə görə, POS-terminal ilə aparılan əməliyyatlar nağdsız olduğundan, belə əməliyyatlarda kassa çeki vurulmalıdır: 

"Burada daha bir sual da yaranır: Nağdsız hesablaşmalara görə kassa çekinin vurulması məcburdurmu? POS-terminalla hesablaşmalarda kassa çekinin vurulmadığını vergi orqanları nəzarət tədbirləri zamanı müəyyənləşdirsə, Vergi Məcəlləsinin 58.7-ci maddəsində olan maliyyə sanksiyaları tədbiq edə bilərlər. 

Üçüncü sualımızın cavabı üçün Nazirlər Kabinetinin “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 30 sentyabr 2020-ci il tarixli 365 saylı qərarına baxmaq lazımdır.

Qərarın 2.3-cü bəndində göstərilib ki, vergi ödəyicisinin kassasına nağd pul vəsaitləri malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə edilən pul vəsaitlərindən, bank hesablarından məxaric edilmiş pul vəsaitlərindən, təsisçidən və digər şəxslərdən alınmış borclardan, verilmiş borcların (o cümlədən, təhtəlhesab şəxslərə verilmiş vəsaitlərin) qaytarılmasından, malların (işlərin, xidmətlərin) təqdim edilməsinə görə alınmış avanslardan, məhkəmə qərarları əsasında həyata keçirilmiş ödənişlərdən, işçi heyətinə artıq ödənilmiş pul vəsaitlərinin qaytarılmasından və s. mənbələrdən mədaxil edilir. Qeyd olunan pul vəsaitlərinə görə tərtib edilən kassa mədaxil orderində pul vəsaitlərinin təyinatı göstərilir".

Qaydaların 3.10.4-cü bəndinə əsasən, kassa mədaxil və məxaric orderləri üzrə məbləğlər gün ərzində kassa kitabında (3 nömrəli əlavə) qeydə alınır. 

Qaydalara istinad edən Altay Cəfərov vurğulayıb ki, göründüyü kimi, kassa kitabına ancaq nağd formada aparılmış əməliyyatların məbləğləri yazılır: 

"Nağdsız əməliyyatların məbləğləri isə kassa kitabına yazılmır. POS-terminal əməliyyatı da nağdsız olduğuna görə kassa kitabına yazılmalı deyil. Əslində, bu cür əməliyyatların kassa kitabına yazılması məntiq və reallıq baxımından da düzgün olmazdı.

Dördüncü sualımıza cavab tapmaq üçün Vergi Məcəlləsinin 13.2.62.-ci maddəsinə baxmalıyıq. Maddədə göstərilib ki, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir".

 Göründüyü kimi, son istehlak məqsədilə aparılmış əməliyyatlar pərakəndə ticarət sayılır. Burada əməliyyatın nağd və ya nağdsız aparılması şərti qoyulmamışdır. Odur ki, POS-terminal vasitəsilə də aparılan əməliyyatların məbləğləri pərakəndə ticarət sayılır. Deməli, “AA” MMC-nin 2021-ci ilin fevral ayı üçün pərakəndə ticarətdən dövriyyəsi 7.000 manatdır: 5.000 + 2.000 = 7.000 manat. 

Beşinci sualımızın cavabı da artıq açıqlanıb: “AA” MMC-nin sadələşdirilmiş vergi üzrə dövriyyəsi 7.000 manatdır" - deyə ekspert sonda vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin