BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
47875

“Azərbaycanda məktəbəqədər təhsildə keyfiyyətlə yanaşı, kəmiyyət problemi də var”.  

Bu sözləri Valyuta.az-a təhsil məsələləri üzrə ekspert Elmin Nuri son dövrlər ölkədə fəaliyyət göstərən özəl baxçaların saylarının artmasının səbəbləri haqqında danışarkən deyib. 

Elmin Nurinin sözlərinə görə, ölkədəki baxça yaşlı uşaqların dördündən birinin baxçaya getmək şansı var. Bu da ölkədə dövlət baxçalarının sayının azlığına görədir:

 “Lakin ümumi göstəriciləri nəzərə alsaq, özəl baxçaların da sayı çox deyil.  2023-cü ilin statistikasına görə, özəl baxça kimi qeydiyyatdan keçmiş 133 MMC var.  Bu isə o qədər böyük rəqəm deyil. Ancaq onların 90 faizdən çox hissəsinin paytaxt Bakı, Abşeron və Sumqayıtda yerləşdiyini nəzərə alsaq,  digər regionların payına düşən özəl baxçaların sayı azdır. Bu MMC-lər isə öz filiallarının sayını artırır, səbəb isə həmin baxçalara olan tələbatdır. Bu isə çox yaxşı haldır. Çünki baxçalara yaranan tələbatı bu özəl baxçalar az da olsa ödəyə bilirlər”.  

Həmsöhbətimiz qeyd edib ki, baxçalar uşaqlarda şəxsiyyətin formalaşmasının ilkin bünövrəsi olmaqla bərabər baxçalar həm də valideynlər üçün bir iş imkanı da deməkdir:

“Belə ki, özəl dayə tutmağa imkanı olmayan və ya güvənməyən gənc ailələr övladlarını rahatlıqla baxçalara etibar edirlər. Baxçalar onlar üçün ən unikal vasitədir. Elə məhz bizdə baxçaların işləm funksiyası budur. Yəni baxçalar işləyən ata-ananaın övladlarını etibar etdiyi yerdir.  Baxçalarda tədris və təhsil isə ikinci gəlir. Baxçalarda təhslilin ilkin elementar fiqurları uşaqlara aşılanır. Lakin ilkin təhsil özəl baxçalardan fərqli olaraq dövlət baxçalarında güclü deyil. 

Özəl baxçanın isə istər təhsil, istər yuxu rejimi, istər yemək rejimi ilə bağlı xüsusi hazırlanmış proqramı olur və valideynlər də əvvəldən bu proqramlarla tanış olur. 

Özəl baxçaların valideynləri özünə cəlb edən başqa üstünlükləri də var. Belə ki, həmin baxçalarda kameraların qoşulması, valideynlərin övladlarını istədikləri vaxt izləməsi, çox uşağın olmaması onların üstünlüyü kimi görülür”. 

Özəl baxçalardakı qiymətlər haqqında da danışan ekspert deyib ki,  qiymətlərin ucuzlaşması üçün müəyyən stimullaşdırıcı addımlar atılmalıdır:

“Belə addımlar atılmasa, özəl baxçaların qiyməti getdikcə daha baha olacaq. Bəli, bu gün özəl baxçalarda qiymətlər ürəkaçan deyil, amma istər vergi məsələlərində, istər digər məsələrdə özəl baxçaları işlədən sahibkarlara qarşı stimullaşdırıcı addımlar atılmalıdır. Onlar da dövlət dəstəyindən yararlanaraq qiymətləri daha əlçatan edəcək. Tam səmimi etiraf edim ki, hətta qiymətlər bu qədər yüksək olmasına baxmayaraq, özəl baxçaların sayında artım olacaq. Çünki işləyən valideyn dövlət baxçasında yer tapmadığı üçün məcbur bu baxçalara yönəlir”. 

Elmin Nuri deyib ki, dövlət baxçalarının da sayının artırılması, daha çox uşaqların baxçalara cəlb edilməsi istiqamətində işlər görülməlidir:

“Baxça sayının artması əlavə binaların olması, nizamnamə yaradılması, işçi kontingentinin olması deməkdir. Yəni bu proses uzundur, amma buna baxmayaraq baxçaların sayı artmalıdır. Xarici ölkə nümunələri öyrənilərək tətbiq edilməldiir. Məsələn, Qazaxıstan və Özbəkistanda gəzən baxça modeli var. Məsələn, uşaq sayı az olan bölgələrdə böyük vəsaitlər ayırmadan mini gəzən baxçalar qururlar. Düşünürəm ki, bizim regionlarda da bu modeli tətbiq etmək olar.

Çünki həmin ərazilərdə uşaqların baxça ilə təması yox vəziyyətindədir”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Yandex" kuryerləri əvəzləyəcək robotlar hazırlayır

FT: ABŞ G7 ölkələrini Kiyevə Rusiya aktivlərindən təminatla kredit verməyə inandırır

Çjou Şijun: Qərb proteksionizmi bərpa olunan enerjiyə zərbə vuracaq

"Danone" Rusiyadakı aktivlərinin satışını başa çatdırdı

Çin üç Amerika şirkətinə qarşı sanksiya tətbiq etdi

"Apple" "iPhone 16"nın istehsalına nə vaxt başlayacaq?

Aviaqəzalarda həlak olan dövlət başçıları - SİYAHI

Politico: Britaniya Rusiyaya qarşı sanksiyaların icrasına nəzarəti təmin edə bilmir

Mərkəzi Bank "Azerfloat"ı cərimələdi

ABŞ-ın nüvə reaktorları bağlana bilər

“AAAF İnşaat”la “AAAF Park Xırdalan” arasında nə baş verib?

Çin aprel ayında rekord həcmdə investisiya axını ilə üzləşib

"Windows"un bəzi versiyaları internetə qoşulduqdan sonra avtomatik olaraq viruslara yoluxur

"Maqro Construction"a protokol tərtib olundu

“Bakı Abadlıq Xidməti”nə qarşı əmlak tələbi

"Apple" Çin bazarını fəlakətli sürətlə itirməkdə davam edir

1 milyon manata yaxın mayası olan şirkət bağlandı

Bakı Dövlət Sirki cərimələndi

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları BURAXILDI

Yeni rektor kimdir?

Qeyri-sabit hava neçə gün davam edəcək?

Qarabağ Universitetinə rektor təyin edilib

Qarabağ Universitetinə rektor təyin edilib

“Xaliq Faiqoğlu” hansı qaydaları pozub? – Şirkətə qarşı ittiham

Müştərilərin ən çox narazı olduğu banklar - “Yelo Bank” və “AFB Bank” ilk dəfə qırmızı zonada

Kirayə üsulu ilə satışa çıxarılan mənzillər üçün şərtlər – Minimum 3, maksimum 25 il...

Qəzalı çoxmərtəbəli binaların söküntüsü niyə gecikir?

"Çudo Peçka"nın dövlətə 157 min manat vergi borcu var

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin