BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
45292

Hazırda orta məktəblərdəki təlim köhnəlmiş materiallardan istifadə etməklə aparılır. Məzunların əksəriyyəti bir neçə ildən sonra demək olar ki, bütün məktəb kurikulumunu unudurlar. Bu baxımdan, müasir reallıqlara cavab vermək üçün məktəblər dəyişməlidir.

Məktəblə real həyat arasındakı “uçurum” uzun müddətdir ki, aydın görünür və böyüməkdə davam edir. Məzunların əksəriyyəti bir neçə ildən sonra demək olar ki, bütün məktəb kurikulumunu unudurlar, təlim köhnəlmiş materiallardan istifadə etməklə aparılır. Hesab edilir ki, dünya sürətlə dəyişilir və 10-15 ildən sonra indiki şagirdlər üçün hansı biliklərin faydalı olacağını dəqiq müəyyən etmək çətindir. Ümumiyyətlə, gələcək haqqında dəqiq proqnoz vermək mümkün deyil və müasir reallıqlara cavab vermək üçün məktəblər dəyişməlidir. Bu baxımdan hamıya maraqlı gəlir: yaxın illərdə orta təhsilin inkişafını hansı tendensiyalar müəyyən edəcək? Dünya ölkələri çoxdan bu istiqamətdə müxtəlif tətbiqlər həyata keçirirlər. Bizim ölkəyə gəlincə, elm və təhsil naziri Emin Əmrullayev çıxış yolunu məzmun baxımından, səriştəyə əsaslanan, yeni modelli təhsilə keçiddə görür: “Yaşlılar 30-40 il əvvəl öyrəndiklərini uşaqlara öyrədirlər, bunu ciddi problem olaraq görürük”, - deyə nazir Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı  bildirib: “Yaşlı müəllimlər düşünürlər ki, növbəti 30-40 ildə bu biliklər uşaqların işinə yarayacaq. Amma həqiqət odur ki, bu, belə deyil. Biz bunu çox ciddi problem olaraq görürük. Qurum olaraq buna görə biz məsuliyyət daşısaq da, əslində bütün ictimaiyyəti maraqlandıran məsələdir. Söhbət tədris planını dəyişməkdən getmir, məzmun baxımından, səriştəyə əsaslanan, yeni modelli təhsilə keçiddən gedir”. 

Şübhəsiz, nazirin nəzərdə tutduğu dəyişiklik təlim-tədris proqramlarının məzmununda yenilik, keyfiyyətli, dövrün tələblərinə uyğun təlim proqramlarının hazırlanmasını tələb edir. Keyfiyyətli dəyişiklik isə müəllimlərin tədris prosesində yeri və roluna yeni baxış formalaşdırmadan mümkün deyil. Təbii ki, keyfiyyətli tədris proqramlarının hazırlanması vaxt tələb edir və çox vaxt peşəkar biliklər onun inkişafı üçün proqramlar ortaya çıxmazdan əvvəl köhnəlir. Bəs yeni modelli təhsilə keçid, məzmun dəyişikliyi, müasir dünyanın əmək bazarı ilə uyğunlaşmaq üçün atılmalı addımlar sırasında nələr qaçılmazdır? Kadr dəyişikliyimi? Dərsliklərin məzmunumu? Dövrlə ayaqlaşmayan fənlərin tədris proqramından çıxarılmasımı? 

Məzmun yox, öyrənmə strategiyası dəyişib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Rüfət Əsədzadə məsələyə beynəlxalq təcrübədən yanaşır: “Beynəlxalq sistemdə vahid dərslik tələbi yoxdur. Müəllim istədiyi kitabı seçə bilər. Müəllimin sərbəstliyi olmalıdır. Elə mövzular var ki, onu müəllimin özü, elə mövzular da var ki, kitab daha yaxşı izah edə bilir. Bizə tövsiyə olunan kitablar və sillabus verilir, müəllim istifadəsinə özü qərar verir”. AGMA sədrinin sözlərinə görə, təhsildə məzmun o qədər  çox dəyişməyib, amma uşaqların öyrənmə strategiyası dəyişib:


“Ona görə də bizim öyrətmə tərzimiz dəyişib. Əgər əvvəllər kimya dərsində uşaqlar hansısa reaksiyaları əzbərləyirdilərsə, indi buna ehtiyac yoxdur. Hər  şey internetdə var və uşaq istədiyi vaxt o məlumatı rahatlıqla tapa bilər. Uşağın onun istifadəsi və faydası haqqında məlumatlı olması daha yaxşıdır”. R.Əsədzadə hesab edir ki, tədrisin keyfiyyətini artırmaq üçün hər fənnin özünün müəllim assosiasiyası olmalıdır: “Bizim təşkilat bununla bağlı təklif irəli sürüb. Yəni məzmunun hazırlanmasında və müzakirəsində müəllimlər iştirak etsinlər. Nazirin də demək istədiyi budur. Adətən kitablar Bakıdakı ən yaxşı müəllimlər və ya ekspertlər tərəfindən yazılır. Burada rayondakı uşağın psixologiyasını və yanaşması nəzərə alınmır. Ona görə də bəzən müəllimlər proqramı tədris etməkdə çətinlik çəkirlər. Amma müəllim assosiasiyaları formalaşsa və təhsilverən həqiqətən də orada akademik müzakirələr aparsa, belə olmaz. 

Sosial, məntiqi, intellektual və emosional inkişaf üçün

AGMA sədri təklif edir ki, məsələn, ədəbiyyat fənninin məzmununda natiqlik və ünsiyyət ön plana çıxarılmalıdır: “Uşaqlar 6 il ədəbiyyat keçirlər, amma sonra özlərini təqdim edə bilmirlər. Ədəbiyyat  təkcə mütaliə deyil, bu fənnin keçilməsi ünsiyyətimizdə də özünü göstərməlidir. Bu gün müəllimlər ədəbiyyatı qoyur kənara, bütün imtahan prosesinə daxil olduğu üçün yalnız Azərbaycan dilinə fokuslanırlar. Bu da natiqlik və ünsiyyət prosesinin inkişaf etməməsinə gətirib çıxarır”. R.Əsədzadənin fikrincə, bu gün uşaqlara statistika və bizneslə bağlı keçilən dərslər onların gözünü açır.  Eyni zamanda, məktəblərdə tədris olunan ingilis dilinin də məzmunu dəyişməlidir: “İngilis dili müəllimlərimizin əksəriyyəti dilin qrammatikasını ingilisdən yaxşı bilir, amma ingilis dilində danışa bilmirlər. Danışa bilməyən müəllim uşağa ingilis dili öyrədə bilməz”. R.Əsədzadə məzmun dəyişikliyində uşaqların sosial fəaliyyətlərinin düzgün təşkilinin vacibliyini də qeyd edir: “Dərnəklər kiminsə dərs saatı az olduğu üçün açılmamamlıdır. Ora peşəkar mütəxəssislər cəlb edilməlidir”. 


Yaş qrupları üzrə təlimlər keçirilsin

İnformatika müəllimi Rüxsarə Əlizadə hesab edir ki, yeni məzmunun yaradılmasında yaşlı müəllimlər ustad dərsləri və təlimlər keçməklə iştirak edə bilərlər: “Yaşlı müəllimlərin yeni məzmuna yiyələnmələri üçün onlara ustad dərsləri və treninqlər keçirilməlidir. Yeniliyə açıq müəllimlərimiz çoxdur. Onlar özləri də həmişə öyrənmək istəyirlər. Müəllimlər yaş qrupuna görə - 40-50, 50-60, 60-65 arası kateqoriyalar üzrə təlimlərə cəlb olunsalar, etiraz eləməzlər və bu, işin xeyrinə olar”.


Təhsil eksperti Nadir İsrafilovun fikrincə, nazir yeni modelli təhsilə keçidlə əlaqədar yaşlıların yeniliklərə hazır olmaları üçün gələcəkdə bir qədər də məsuliyyətli olmaları mesajını verib: “Yəni yaşlı müəllimlər öz üzərlərində daha ciddi işləməlidirlər”. 

© Kaspi.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin