BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
45186

"Gələcəkdə 97 milyon insanı yeni iş tələbatı gözləyir".

Bunu İqtisadiyyat.az-a İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib.

Onun sözlərinə görə, avtoritarlığın qarşısını almaq üçün süni intellekt texnologiyasına nəzarət hökumətlər tərəfindən tənzimlənməlidir. Həmçinin balanslaşdırılmış yanaşma ilə süni intellektin məşğulluğa və iqtisadiyyata təsirini idarə etmək lazımdır:

"Dünya İqtisadi Formu Vyana Beynəlxalq İqtisadi Araşdırmalar İnstitutuna istinadən qeyd olunur ki, süni intellekt insanların rifahını pozmaq potensialına malikdir. İş yerlərinin dəyişdirilməsinə və gəlirin kapital sahiblərinin əlində cəmləşməsinə səbəb ola bilər. Bununla belə, düzgün siyasət və qaydalarla süni intellekt həm də yeni iş yerləri yarada, ümumi məhsuldarlığı və əmək haqqını artıra bilər". 

Mövcud iş yerləri yeni iş yerləri ilə əvəzlənə bilərmi? 

B.Əliyev hesab edir ki, avtomatlaşma, texnoloji inkişaf və innovasiyalar əslində iş yerlərini azaltmır, əksinə daha çox işçi tələb edir. Yaxın gələcəkdə bu inkişaf  97 milyon yeni işçi tələb etdiyi halda sadəcə 85 milyon insanın iş yerinə tələbat azalacaq. Bu, 85 milyon insanın işsiz qalması kimi qəbul edilməməlidir:

"Dünya İqtisadi Formu tərəfindən açıqlanan bəzi məlumatlara görə, 2020-ci ildə ümumi işin 33%-i maşın gücü hesabına,  67%-i isə insan əməyi hesabına həyata keçirdisə, 2025-ci ildə bu dəyər dəyişərək maşın gücü ilə 47%, insan əməyi hesabına isə 53% olacaq. Nisbətdə bir çox insan əməyini maşın gücü əvəz ediləcəyi gözlənilir. Dünya İqtisadi Forumunun "İşlərin Gələcəyi" hesabatına əsasən, texnologiyanın mənimsənilməsi artdıqca, işçilərin 50%-nin 2025-ci ilə qədər yenidən ixtisaslaşmasına ehtiyacı olacaq. "İşlərin Gələcəyi" sorğusunun respondentləri hesab edirlər ki, işçilərin təxminən 40%-i altı ay və ya daha az müddətdə yenidən ixtisaslaşma tələb edəcək. Eyni zamanda qadınların da bəzi sahələrdə aktivliyinin artacağı proqnozu xüsusi göstəricilər arasındadır. Qadınların bulud (cloud) sistemləri, data və süni intellekt, məhsul inkişafı, satış, marketinq, məzmun yaradıcılığı və mədəniyyətlə bağlı məsələlərdə ciddi rolu olacaq və artan istiqamətdə inkişaf edəcək".

Gələcəyə doğru tələb olunacaq bacarıq növlərinə gəlincə, ekspert bu xüsusiyyətlərə problem həlli, özünü idarəetmə, insanlarla işləmək, texnologiyadan istifadə və inkişafın daxil olduğunu vurğulayıb.

Onun sözlərinə görə, texnologiyaların və innovasiyaların inkişafı fonunda bəzi işlərə tələbat artacaq, bəzi işlərə isə tələbat azalacaq:

"Tələbat artacaq sahələr üzrə 97 milyon insanı yeni iş tələbatı gözləyir. Buraya data analitikləri və elm adamları, süni intellekt və maşın öyrənmə mütəxəssisləri, böyük həcmli məlumat (Big Data) mütəxəssisləri, rəqəmsal marketinq və strategiya mütəxəssisləri, proseslərin avtomatikləşdirilməsi mütəxəssisləri, biznesin inkişafı üzrə mütəxəssisləri, rəqəmsal transformasiya mütəxəssisləri, informasiya təhlükəsizliyi analitikləri, tətbiq proqramçıları və əşyaların interneti üzrə mütəxəssisləri daxildir. İnsanların bir qismi yeni texnologiyalar ilə bağlı ixtisasını artıraraq, 97 milyonla birlikdə yeni iş çağırışına qoşulacaq". 

Bəs, hansı sahələrə tələbat azalacaq?

B.Əliyev deyir ki, qeyd olunan sahələr üzrə 85 milyon insanın işlədiyi iş yerinə tələbat azalacaq. Buraya məlumat daxil edən operatorlar, inzibati və məsul katibliklər, mühasibat uçotu və əmək haqqı məmurları, mühasib və auditorlar, montaj və fabrik işçiləri, müştəri məlumatları və müştəri xidmətləri, ümumi və əməliyyatlar üzrə menecerlər, mexaniklər və maşın təmirçiləri, material-qeydiyyatı və anbar-mühasibləri daxildir. 

AKTA ekspertinin sözlərinə görə, iş yerlərinin texnoloji səbəblərlə kəskin ixtisarı və transformasiyası uzun zaman tələb etdiyindən işlərin köhnələrək, yeni çağırışlara qoşulması mərhələli formada baş verəcək. Sosial yönlü dövlətlərdə isə bu transformasiya daha gec baş verir. Ölkəmizdə isə süni intellektə maraq getdikcə çoxalmaqdadır. Əsasən çağrı mərkəzləri, kənd təsərrüfatı, dizayn sahəsində geniş istifadə olunur. Süni intellektin tətbiq edildiyi sahələr gün keçdikcə çoxalır:

"Texnoloji inkişaf iş yerlərini məhv etmir və dağıtmır. İnsana olan ehtiyacı da azaltmır. Sadəcə işlərin uzunmüddətli transformasiyası baş verir. Texnoloji inkişaf nəticəsində insanlar bir çox üstünlük qazanır. İnsanın əzələ gücünə olan tələbat zaman keçdikcə azalır. İşlər daha səliqəli və standart hala gətirilir, subyektiv yanaşmalar azalır və standart əsaslı işlər çoxalır. Unutmamaq lazımdır ki, inkişafdan başqa yolumuz yoxdur. Səmərəli texnoloji imkanların üstünlüklərindən hər zaman yararlanmaq və daimi inkişafda olmaq fərd olaraq hər birimizin hədəfində olmalı, daimi öyrənməyi və inkişafı özümüzə mənəvi borc bilməliyik".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrpen ilə bu şəhərimiz qardaşlaşacaq

“Mercedes”in dizel ilə əlaqədar işinə xitam verilib

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

20-dən çox “Made in Azerbaijan” brendi Rusiyada təqdim olunub

Almaniyada “futbol qatarı” işə salınacaq

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi

Sabah Füzuli şəhərinə 39 ailə yola düşəcək

Sabah Bakıda 30 dərəcə isti olacaq

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? - FOTO

Dünyanı biz təmin edirik, amma...

Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı - VİDEO

Yayda səyahət edənlərin nəzərinə: Qiymətlər 300-400 dollar bahalaşdı - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb - Foto

Bu ölkə 2,5 mindən çox qumar oyunları saytını blokladı

Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib

“Titanik” sərnişininin saatı rekord qiymətə satılıb

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin