Ekspert
27.03.2024 / 14:44
Bu mövsüm ən çox hansı inşaat materiallarına tələbat olur?
45051
Hazırda əmlak bazarında ciddi qiymət artımı müşahidə olunmur.
Bunu Valyuta.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Əsədov deyib. Ekspertin sözlərinə görə, havaların düzəlməsi ilk növbədə əmlak bazarında canlanma yaradır:
“Hazırda ipoteka kreditləşməsi də aktivləşib. Gün ərzində kommersiya bankları 10-a yaxın ipoteka verir. Bu o deməkdir ki, tikinti şirkətlərində canlama var”.
Elnur Əsədov hesab edir ki, bu mövsümdə tikinti materiallarının qiymətinin artıb-artmaması təlabatdan asılı olacaq:
“Təlabat olmasa inşaat materiallarının qiyməti enir. Adətən yaz-yay aylarında ən böyük təlabat dam örtüklərinə olur. Hələ ki, bu sahədə qiymət artımı müşahidə olunmur”.
Aylin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay