BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
40187

Tez-tez yumurtanın ucuzlaşıb-bahalaşması ilə bağlı medialarda dərc olunan xəbərlər insanlar arasında birmənalı qarşılanmır. Bəzi şəxslər düşünür ki, tez-tez qiyməti 1-2 qəpik artıb-azalan yumurta haqqında məlumatların paylaşılması bir o qədər vacib deyil. 

Bəs yumurta ilə bağlı bu xəbər ajiotajına səbəb nədir?

Valyuta.az bu sualı iqtisadçı Natiiq Cəfərli ilə müzakirə edib. 

Natiq Cəfərli deyib ki, hazırda yumurta tələbat məhsulu olduğu, məişətdə çox işləndiyi, aztəminatlı ailələrdə daha çox istifadə olunduğu, tez hazırlanan yemək növü də olduğu üçün bununla bağlı məlumatları həssas məsələyə çeviriblər:

"Buna görə də insanlar həssaslıq göstərir. Yumurta gündəlik tələbat məhsuludur. Hətta Nazirlər Kabinetinin bizim üçün təyin etdiyi yaşayış minimumu normalarında hər insan üçün ilə 150 yumurta nəzərdə tutulub. Bu da təqribən 2 günə bir 1 yumurta deməkdir".

Ekspert vurğulayıb ki, yumurta ilə bağlı narahatlıq tək bizim ölkədə deyil:

"Bu yaxınlarda Rusiyada yumurta müşavirəsi belə keçirildi. Rusiya prezidenti Vladimir Putinin canlı yayımı zamanı yumurta ilə bağlı suallar verildi, və bu məsələnin Rusiyada da nə qədər həssas olduğu ortaya çıxdı. Nəticə etibarı ilə Rusiya indi Azərbaycandan, Türkiyədən və digər ölkələrdən kütləvi şəkildə yumurta almağa cəhd edir". 

Yumurtanın qiymətinin artmasının səbəbləri haqqında da danışan Natiq Cəfərli bildirib ki, yumurtanın qiymətinin artmasının səbəblərindən biri son 3 həftədə ardıcıl olaraq Rusiyaya göndərilməsidir:

"Bir həftədə 1 milyon 200 min ədəddən çox yumurta göndərilir. Bəlkə də il üçün hesablasaq, böyük rəqəm deyil, amma 3-4 həftədə bu qədər yumurtanın ölkədən ixrac olunması, yerli bazara təsir göstərdi və biz qiymət artımını müşahidə etdik".
 
Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin