BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
30380

Son günlərin ən aktual mövzularından biri də ictimai işə müəssisələrində fantastik məbləğlərdə servis haqlarının tələb olunmasıdır. Sosial şəbəkələrdə paylaşılan fotoşəkillərdən görünür ki, bəzi hallarda 25-30 faizə qədər servis haqqı tutulur. Bu, qanunidirmi? Kafe və restoranlarda müştərilərdən servis haqqı tutula bilərmi?

Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri, tanınmış hüquqşünas Anar Qasımlı Qaynarinfo-ya bildirib ki, Azərbaycanda ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə, o cümlədən, satıcılarla istehlakçılar  arasında alqı-satqı və digər xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan münasibətlər Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” Qaydaları ilə tənzimlənir:

"Qaydaların 23-cü bəndi isə məhz ictimai iaşə xidmətlərinin göstərilməsinə dair münasibətləri nizama salır. Qaydaların tələblərinə əsasən, icraçı istehlakçılar üçün qanunvericiliyə zidd olmayan davranış qaydalarını müəyyən etmək (tütün çəkilməsinin məhdudlaşdırılması, salona daxil olarkən üst geyiminin girişdə qarderoba təhvil verilməsi və s.) hüququna malikdir.

İctimai iaşə obyektlərində göstərilən xidmətlərin siyahısı icraçı tərəfindən sərbəst olaraq müəyyən edilir. İctimai iaşə obyektlərində kənardan alınmış məhsulların satışı və əlavə xidmətlərin göstərilməsi zamanı yaranmış münasibətlər müvafiq satış və ya xidmət qaydaları ilə tənzimlənir. İctimai iaşə obyektlərində hazırlanan məhsulların hər birinin kalkulyasiyası olmalıdır. Menyu və çeşid siyahısı hər bir yemək və məhsul üzrə tərtib edilmiş kalkulyasiya vərəqlərinə əsaslanmalıdır”. 

Anar Qasımlı əlavə edib ki, qaydalara görə ictimai iaşə obyektlərində istehlakçılarla hesablaşmalar zamanı nəzarət-kassa aparatının çeki ilə yanaşı, ictimai iaşə xidmətinin dəyərini (çekdəki məbləği) təsdiq edən və xidmətin tərkibinə daxil olan yemək və məhsulların adları göstərilmiş hesab təqdim edilməlidir: 

"İcraçı öz təşkilatının adı, yerləşdiyi ünvanı, tipi (növü), dərəcəsi (kateqoriyası), iş rejimi, təklif olunan kulinariya məhsulları və göstərilən xidmətlər barədə zəruri informasiyanı istehlakçılara çatdırmalıdır. Göstərilən xidmətləri düzgün seçə bilməsi üçün istehlakçının tələbi ilə icraçı ona aşağıdakılar barədə məlumatları verməlidir: 

- xidmətlərin siyahısı və icra şərtləri;
- xidmətlərin qiymətləri və ödəniş şərtləri; 
- təklif olunan iaşə məhsullarının firma adı və tərkibi; 
- təklif olunan xörəklərin, alkoqollu və sərinləşdirici içkilərin pay həcmləri və qiymətləri; 
- istehsal olunan iaşə obyektlərində hazırlanan məhsulların və göstərilən xidmətlərin istinad edildiyi sənəd (resept).

İstehlakçılara məhsul və xidmətlər barədə məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu, çeşid siyahısı və yaxud digər üsullarla çatdırılmalıdır.

İstehlakçıya məlumatlar Azərbaycan dilində, zəruri hallarda isə digər dillərdə də verilməlidir. İstehlakçı ona təklif olunan iaşə məhsullarının əsas istehlak xassələri, keyfiyyəti, həmçinin xörəklərin hazırlanma texnologiyası barədə əlavə məlumatlar (kommersiya sirri təşkil edən məlumatlardan başqa) almaq hüququna malikdir.

İcraçı qarşılıqlı razılıq və şərtlər əsasında hər bir istehlakçıya xidmət göstərməyə borcludur. Xidmət şərtləri, o cümlədən qiymətlər (qanunvericiliklə müəyyən edilmiş 2 ayrı-ayrı istehlakçı kateqoriyalarına güzəştli xidmətlərin göstərilməsi halları istisna olmaqla) bütün istehlakçılar üçün eyni (bərabər) müəyyən edilməlidir”.

Hüquqşünas əlavə edib ki, qanunvericilik ictimai iaşə müəssisələrində xidmət göstərilməsinə görə haqq tutulmasını qadağan etməsə də, bu sahədə özbaşınalığa da imkan vermir: 

"Servis haqqının qiyməti vahid olmalıdır və əvvəlcədən müştəriyə bəlli elan edilməlidir. Servis haqqı müştərinin verdiyi sifarişin qiymətinə uyğun hesablana bilməz. Kafe və restoranlarda 20 mnatlıq sifariş verən müştəri(lər) də, 100 manatlıq sifariş verən müştəri(lər) də eyni servis haqqını ödəməlidir. Servis haqqına adətən şou proqramların qiymətini daxil edirlər. Məsələn, mən 20 manatlıq yemək sifariş etmişəm, siz isə 100 manatlıq. Amma hər ikimiz eyni şou-proqramı seyr edirik. Belə olan halda tutaq ki, servis haqqı 10 fazidirsə, nə üçün mən 2 manat, siz isə 10 manat ödəməlisiniz. Şou proqram olmayan yerlərdə də servis haqqı tələb olunur ki, bura da məntiqlə ofisiantların, aşpazların və digər işçilərin əmək haqları hesablarını və bir də menyuya daxil olmayan duz, salfetka, kommunal xərcləri aid etmək olar. Əvvəla bu xərcləri sahibkar öz gəlirləri hesabına ödəməlidir. Yəni bu xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğ onun gəliri olmalıdır. Servis haqqı adı ilə sui-istifadə hallarına yol verilir, fantastik faiz dərəcələri ilə müştərilərdən əlavə pullar yığılır. Əslində, normal rəqabət şəraitində iaşə müəssisələri servis haqqının ən aşağı həddə müəyyən olunması və ya heç olmaması ilə bir-biri ilə rəqabət aparmalıdırlar. Təəssüf ki, bizdə əksinədir. Burada sahibkar həm məhsul, iş, xidmət satıb gəlir əldə edir, həm də satış edib pul qazandığına görə bizdən əlavə haqq alır”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qəzalı çoxmərtəbəli binaların söküntüsü niyə gecikir?

"Çudo Peçka"nın dövlətə 157 min manat vergi borcu var

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Azərbaycanda bir nəfərə məxsus dörd şirkət bağlandı

DİN: "İki gündə kartlardan 40 min AZN-ə yaxın pul oğurlanıb"

Xankəndiyə prokuror təyin edilib

Xankəndiyə prokuror təyin edilib

Mədəniyyət Nazirliyində yeni təyinat

Mədəniyyət Nazirliyində yeni təyinat

“Lifttəmir” İstehsalat Birliyində nöqsanlar aşkarlanıb

Ağdamda subartezian quyularının bərpasına başlanılır

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin