BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
29936

“Kriptovalyuta həddən artıq riskli investisiya alətidir və bildiyimiz ən yüksək riskə malik investisiya istiqamətidir”. 

Bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli Azərbaycanda kriptovalyutalara marağın az olması, bu sahədə olan risklər haqqında danışarkən deyib.

İqtisadçı bildirib ki, kriptovalyutanın daxili dəyəri yoxdur. Onun dəyəri hər növbəti alıcının ödəməyə hazır və razı olduğu pulun qiyməti ilə müəyyənləşir:

“Yəni hansısa aktivə, hər hansı istehsalla satışa bağlı bir məsələ deyil, onun sadəcə mübadilə dəyəri var. Yəni bunu kimsə alırsa, bunun dəyəri var, almırsa dəyəri sıfıra da düşə bilər. Bu o deməkdir ki, hətta bəzi kriptovalyuta növlərində sıfıra da düşüb və çox böyük zərərə uğrayıblar. Yəni burada udan varsa, deməli, uduzan da var. Prosesin mahiyyəti budur”. 

“Azərbaycanda kriptovalyuta niyə maraq azdır” sualına cavab olaraq iqtisadçı bildirib ki, burada bir neçə müxtəlif səbəb var:

“Həddən artıq riskli instrumentdir. İkincisi, insanların maariflənmə səviyyəsi də o qədər deyil. Üçüncüsü, Azərbaycanda, ümumiyyətlə, qanunvericiliklə kriptovalyutaya investisiya qoymaq imkanları məhduddur. Yəni bank hesabından kriptovalyuta ala bilməzsiniz, belə bir imkanınız yoxdur. İstiqraz ala bilərsiniz daşınmaz əmlak ala bilərsiz xaricdə amma kriptovalyuta almaq üçün “binance” “coinbase” də “kaşlok” yaratmalısınız. Dolayısı yolla belə həmin hesaba vəsaitlər göndərməlisiniz və məhdud sayda aylıq limitə uyğun olaraq almaq olar. Bu çox mürəkkəb məsələdir”.

Xalid Kərimli əlavə edib ki, burda çoxlu məhdudlaşdırıcı məsələlər, narahatlıqlar, risklər var. Bu mexanizmi hamı qura bilmir:

“Bu sistemi məhdud sayda adamlar qura bilər. Çünki prosesdə çətin risklər çoxdur. Bu kriptovalyutaların dəyəri sıfır da ola bilər. İkiqat qalxa bilərmi, qalxar, amma eyni zamanda da dəyəri sıfır ola bilər”.

Xalid Kərimli bildirib ki, ən böyük risklərdən biri də hələlik bir çox böyük ölkənin Mərkəzi Bankının kriptovalyutanı ödəniş forması kimi qəbul etməməsidir:

“Çünki onlar bunu özlərinə rəqib kimi görür. Kriptavalyuta bazarı imkan verir ki, dövlətin nəzarət qurumlarından kənarda ödəniş həyata keçirə biləsən. Elə dövlətləri də narahat edən odur ki, onların nəzarətindən ödəniş etmək imkanları formalaşır və bu da onları narahat edir".

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin