BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8391
  • 1 Rusiya rublu
    0.0188
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1625
12339
İlqar Əsədov: “Bir qrup insan onlayn satışlar zamanı müştərilərə kassa qəbzinin təqdim edilməsini vacib saymır”

 

Pərakəndə satış zamanı nəzarət-kassa aparatı qəbzinin təqdim edilməsi ilə bağlı mövzu 2020-ci ilin əvvəllərindən Azərbaycanda yayılan pandemiya ilə əlaqədar olaraq daha da aktuallaşıb. 

Valyuta.az xəbər verir ki, mövzunu şərh edən mühasibat mütəxəssisi İlqar Əsədovun sözlərinə görə, bir qrup insan onlayn satışlar zamanı ödənişin birbaşa bank hesabına qəbul edildiyini əsas gətirərək həmin müştərilərə kassa qəbzinin təqdim edilməsini vacib saymır. 

“Lakin nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir” - deyə mütəxəssis vurğulayıb.

Ekspert bildirib ki, anlayışın tərifində malların təqdim edilməsi üçün qəbz və ya kassa çekinin təqdim edilməli olduğu bildirilir:

“Məcəllənin 16.1.8-ci maddəsində isə göstərilib ki, aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir:

- qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);

- kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;

- səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;

- qiymətli kağızların və lotereya biletlərinin satışı;

- elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti”.

İlqar Əsədov, buradan pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vəzifələrinə yalnız nağd pul hesablaşmaları zamanı NKA qəbzi təqdim etməyin aid edildiyi aydın olur: 

““Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1-ci maddəsinin müddəalarına uyğun olaraq isə vergi ödəyicisi olmayan fiziki şəxslərin ödənişi vergi ödəyicisi olan şəxsin birbaşa bank hesabına ödəməsi nağdsız əməliyyat hesab edilir. Bu səbəblə də həmin vergi ödəyicilərinin 16.1.8-ci maddəsinə uyğun olaraq NKA qəbzi təqdim etmək vəzifəsi yaranmır. Lakin bu, kassa qəbzi təqdim edilə bilməz anlamına gəlmir. Bu cür ödənişlər zamanı satıcılar istəsələr, NKA qəbzi təqdim edə bilərlər. Burada alıcının pulu nağd formada satıcının bank hesabına birbaşa mədaxil etməsi nağdsız hesab edilir. Bu zaman alıcı banka yaxınlaşaraq satıcının hesabına hansı səbəblə ödəniş etdiyini bildirir və bank əməkdaşı bunu ödənişin təyinatında qeyd edir və ona qəbz təqdim edir”.

 

Bəs həmin qəbz kassa mədaxil qəbzi ola bilərmi? 

 

Sualı cavablandıran ekspert bildirib ki, kassa mədaxil qəbzi pul kassaya ödənildikdə tərtib edilir və bu cür ödəniş özlüyündə nağd ödəniş hesab edilir və alınmış mallara görə nağd ödənişlər zamanı isə kassa qəbzi deyil, NKA qəbzi təqdim edilməlidir: 

“Demək, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsində nəzərdə tutulan qəbz bank qəbzi və ya hər hansısa digər qəbzdir. Bundan başqa, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinə əsasən, satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. Gördüyünüz kimi, bu maddədə ümumən yazılı bir sənədin təqdim edilməli olduğu qeyd edilir və həmin sənədin hansı olması barəsində nüans ödənişin formasından, satılan malın formasından və s. asılı olaraq dəyişə biləcəyi ehtimalı diqqətə çatdırılır. Qeyd edək ki, həmin qanunun 7-ci maddəsinin məqsədi alıcı ilə satıcı arasındakı hesablaşmanın konkret sənəd formasını tənzimləmək deyil, qüsurlu malla bağlı alıcının ödənişini təsdiq edən yazılı sənədinin olmasını tələb etməkdir”.

Mütəxəssis qeyd edib ki, bu cür satışlarda NKA qəbzi təqdim etmək praktik olaraq çətinliklər yaradır: 

“Alıcılara bank hesabına və ya öz bank kartları vasitəsilə satıcı vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı bank kartı hesabına ödəniş etmək daha rahat olur. Ona görə də nə Vergi Məcəlləsinin 13.2.62-ci maddəsi, nə 16.1.8-ci maddəsi, nə də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun qanunvericiliklə nağdsız hesab edilən ödənişə görə NKA çeki verilməli olduğunu tələb etmir. Vergi ödəyiciləri qanunvericiliklə onların vəzifələrinə aid olmayan, lakin ona zidd olmayan əməliyyatları etmək hüquqlarına malikdirlər. Yəni NKA qəbzi təqdim edilə bilinməsi halında təqdim edilə bilər. Lakin bunu nəzərdən keçirdiyimiz satış forması üçün imperativ qayda kimi qeyd etmək doğru olmaz”. 

Onun fikrincə, bu cür alışlar zamanı alıcılar üçün NKA qəbzinin alınması daha sərfəlidir: 

“Onlar ödənişlərinin məbləğinə daxil olan ƏDV hissəsini (əgər ƏDV hesablanıbsa) Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq geri qaytara bilirlər. Yaxud alıcılar öz kartlarından satıcı vergi ödəyicisinin kartına deyil, birbaşa bank hesabına mədaxil etməklə ödənişin təyinatı hissəsində ödənişin edilmə səbəbini (malların haqqında məlumat daxil olmaqla) qeyd edərək sənəd ala bilərlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Süni intellektin erası: 2030-cu ildə bazarın həcmi 1 trilyon dolları keçəcək

Kainatın ən uzaq və ən qədim qalaktikaları kəşf edildi - ELMİ SENSASİYA

Kainatın ən uzaq və ən qədim qalaktikaları kəşf edildi - ELMİ SENSASİYA

Prestij simvolu olan “Rolex” necə bir dünya brendinə çevrildi?

Dünyada ən çox qızıl hasil edən ölkələr – TOP 10

Əmək müqaviləsinin vaxtında qeydiyyata alınmaması hansı risklər yaradır?

Əmək müqaviləsinin vaxtında qeydiyyata alınmaması hansı risklər yaradır?

Neft şirkətinin 12 milyard dollarlıq səhmləri bir neçə saata satıldı

Yağış taxıl zəmilərinə ciddi ziyan vurur, yığımı ləngidir - Qıtlıq ola bilərmi?

Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edildi

Dəmiryolu stansiyalarında ödənişsiz “Wi Fi” zonaları yaradılacaq

Norveç Ukraynaya 300 milyon dollardan çox hərbi yardım göstərəcək

Bakıda köhnə binalardakı mənzillər kütləvi satışa çıxarılır

Azərbaycan “OPEC plus”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub

Bu ilin ilk dörd ayında ölkədə 300 min hektar sahədə yazlıq bitkilər əkilib

Mövsümündə satılmayan qarpız haradan gətirilir?

Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin qalibi olub

Sabahdan DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq

Görmə məsafəsi məhdudlaşacaq

Rusiyanı xilas edən tatar bankir - onu niyə öldürmək istəyirlər?

Sabahın havası meteohəssas insanlar üçün əsasən əlverişlidir

Türkiyədən dəri məhsullarının alışında 25 faizlik azalma

"YouTube"da ən populyar bloger məlum oldu

Çimərliklərdə mövsümə hazırlıqlar başlayıb: Son vəziyyət necədir?

Küləkli və yağıntılı hava şəraiti bu vaxtadək davam edəcək

Maşın bazarında diqqət cəlb edən ucuzlaşma - Davamlı olacaq?

Bakı aeroportundan uçuş həyata keçirəcək loukosterlərin sayının artırılması planlaşdırılır

Bu gün imtahan var

Süni intellektli telefonlar: Üstünlük, yoxsa problem?

Azərbaycanda bu məhsullar ucuzlaşdı (VİDEO)

Çinin kosmik aparatı Ayın əks tərəfinə enib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin