BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
33388

İqlim dəyişmələri problemləri, müşahidə olunan hava anomaliyaları və bununla bağlı gələcək gözləntilər və tədbirlər barədə AZƏRTAC-ın suallarını ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva cavablandırıb.

- Umayra xanım, Paris Sazişi çərçivəsində beynəlxalq müqavilələr necə həyata keçirilir?

- Elmi araşdırmalar və müşahidələr göstərir ki, Paris Sazişinin məqsədlərinə çatmaq üçün bütün ölkələr emissiyalarını kifayət qədər azaltmır.

Paris Sazişinin həyata keçirilməsində 17 əsas nəticənin ümumiləşdirildiyi BMT-nin iqlim dəyişmələri üzrə yeni hesabatına əsasən, dünyada vəziyyət yaxşılaşmağa doğru deyil. Yanacaqdan ayrılan karbon emissiyaları 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda 1 faiz artıb. Bu ilin birinci yarımili üçün ilkin hesablamalar daha 0,3 faiz artım olduğunu göstərir. Bununla belə, Paris Sazişinin istiləşməni 1,5°C-yə qədər məhdudlaşdırmaq məqsədinə çatmaq üçün qlobal istixana qazları emissiyaları 2030-cu ilə qədər 45 faiz azalmalı və 2050-ci ilə qədər sıfıra yaxınlaşmalıdır. Təbii ki, bunun üçün genişmiqyaslı, sürətli və sistemli dəyişikliklər edilməlidir.

Ümumiləşdirilmiş hesabat bu ilin noyabr-dekabr aylarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilməsi nəzərdə tutulan BMT-nin COP28 iqlim dəyişmələri üzrə "Nəticələrin qlobal xülasəsi" konfransından əvvəl dərc edilib.

Gələcəkdə bəzi iqlim dəyişmələri qaçılmazdır və potensial olaraq geri dönməzdir, lakin hava temperaturunun hər dərəcəsi və atmosferə atılmasının qarşısı alınan hər bir karbon tonu qlobal istiləşmənin məhdudlaşdırılması üçün vacibdir. Aydındır ki, “adi biznes” sxemi üzrə inkişaf qlobal məqsədlərə çatmaq yolunda əsas maneədir.

- Dünyada nələr baş verir? Gah artan təbii fəlakətlər, gah da təzadlı göstəricilər... Nələr etmək mümkündür?

- Suala BMT-nin Baş katibi Antonio Quterreşdən sitat gətirərək cavab vermək istərdim: “2023-cü il çox aydın göstərdi ki, iqlim dəyişmələri artıq danılmazdır. Rekord temperaturlar yeri yandırır və dənizi istiləşdirir, ekstremal hava isə bütün dünyada xaosa səbəb olur. Biz bunun başlanğıc olduğunu bilsək də, qlobal reaksiya mükəmməl olmaqdan hələ çox uzaqdır”.

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, 1970-2021-ci illər arasında ekstremal hava, iqlim və su ilə bağlı hadisələr nəticəsində 12 minə yaxın təbii fəlakət baş verib, nəticədə 2 milyondan çox insan həyatını itirib. İqtisadi itkilər isə 4,3 trilyon ABŞ dolları təşkil edib. Lakin 2023-cü ili müşahidələr silsiləsində ən ekstremal illərdən biri adlandırmaq olar. Müxtəlif ölkələrdə baş verən son hadisələr təsir gücünə və dəymiş ziyanın miqyasına görə diqqəti cəlb edir.

"Daniel fırtınası" adlandırılan fırtına sistemi nəticəsində çox güclü leysan yağışlar müşahidə olundu ki, bu da Aralıq dənizinin mərkəzi və şərq hissəsini əhatə etməklə, dağıdıcı daşqınlara və ən çox zərər çəkmiş ölkə olan Liviyada, eləcə də Yunanıstan, Türkiyə və Bolqarıstanda çoxsaylı insan tələfatına səbəb oldu.

Liviyada miqdarı 150 millimetrdən 414 millimetrədək olan leysan yağışlar bir neçə şəhərdə güclü daşqınlarla nəticələndi. "Daniel" fırtınası Yunanıstanda da rekord miqdarda yağıntıya səbəb oldu. Həmin ölkədə 24 saat ərzində 750 millimetr yağış yağdı ki, bu da təxminən 18 aylıq yağıntıya bərabərdir. Buna görə də insan itkiləri ilə yanaşı, iqtisadi nəticələrin də ağır olacağı gözlənilir.

Həmin təbii fəlakətlər ilə son aylarda dünyanın bir çox ölkələrində iqtisadi itkilər və insan tələfatına səbəb olan bir sıra ekstremal hadisələr davam edir. Belə vəziyyət bizi bir sual üzərində düşünməyə vadar edir, biz nə qədər həssasıq və nə etmək lazımdır? Təbii ki, bu məsələ ciddi elmi araşdırmalar mövzusudur. Alimlərin fikrincə, istixana effektli qazların emissiyalarının hazırkı artım sürəti davam edərsə, Avropanın bəzi şəhərlərində irimiqyaslı daşqınların təkrarlanması 80 faizdən çox arta bilər.

Təzadlı haldır ki, bununla yanaşı quraqlıqlar da baş verəcək. Baş verən dəyişmələrin mahiyyəti onların qütblüyündədir. Lokal olaraq sel və daşqınların artması müşahidə olunduğu halda, bəzi yaxın ərazilərdə istilik dalğası və uzun sürən quraqlıq da baş verir.

Bizim ölkəmiz də iqlim və hava təzadlarının nümunəsi ola bilər. Gəlin, görək 2023-cü ildə Azərbaycanda yağıntılar necə paylanıb. Aprel ayından bu günə kimi 147 sel hadisəsi qeydə alınıb ki, bu da mütləq rekorddur və ötən ilin rekordunu təxminən üç dəfə (2022-ci ildə 50 hadisə) üstələyib. Bəs həmin dövrdə yağıntılar necə paylanıb? Aprel ayında əksər hidrometeoroloji stansiyalarda yağıntının miqdarı iqlim normasından az olub, hətta Gəncə, Qax və İsmayıllıda normadan 30 faizdən az yağıntı qeydə alınıb, çaylar isə 7 dəfə məcrasından çıxıb. May ayında ölkənin təxminən yarısında yağıntı normadan az, digər yarısında isə normadan 1,5-3 dəfə çox olub. Lakin qeyd olunan təzadların pik həddi iyun ayına təsadüf edir. O zaman 59 sel hadisəsi qeydə alınıb. Məsələn, Sabirabadda yağıntı normadan 2 dəfə çox olsa da, qonşu Şirvanda normanın cəmi 18 faizini təşkil edib. Əsasən, Böyük Qafqazın yalnız bir neçə dağ və dağətəyi ərazilərində yağıntılar iqlim normasından artıq olub, əksər ərazilərdə isə xeyli az yağış yağıb. Başqa bir misal, avqust ayında Şamaxı rayonunda yağıntılar normanın 180 faizini təşkil etdiyi halda, qonşu İsmayıllıda aylıq normanın cəmi yarısı, İmişli, Hacıqabul, Kürdəmirdə isə bir faizindən də aşağı olub. Selin əmələ gəlməsi prosesində zaman intervalı və yağıntıların intensivliyi böyük əhəmiyyət kəsb edir. Həmin proseslərin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bir neçə saat ərzində bütün ay üçün normal hesab edilən qədər yağış yağa bilər. Sentyabrın iki ongünlüyündə artıq 46 sel və daşqın hadisəsi baş verib ki, bu da xeyli ziyan vurub. Bu müddət ərzində Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbərdarlıqlar tərtib edilib və onlar həm aidiyyəti strukturlara, həm də KİV-ə göndərilib.

Bütün ölkələrin meteoroloji xidmətlərinin qarşısında duran vəzifə, həmin xəbərdarlıqları daha əlçatan, məqsədyönlü, ərazini əhatə etmənin yüksək dəqiqliyi və mümkün nəticələrin proqnozu ilə verilməsidir.

Bu baxımdan, BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən irəli sürülən “Hamı üçün erkən xəbərdarlıq” beynəlxalq təşəbbüsünün əhəmiyyətini və zəruriliyini vurğulamaq istərdim. ÜMT erkən xəbərdarlıqların hər kəsə çatmasını və erkən fəaliyyətə səbəb olmasını təmin etmək üçün BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisi, Beynəlxalq Telekommunikasiya İttifaqı və bir sıra digər tərəfdaşlarla əməkdaşlıq edir. Biz uyğunlaşa bilərik və bunu etməliyik. Daşqınların proqnozlaşdırılması şəhər infrastrukturunun, iqtisadiyyatın və əhalinin uyğunlaşması üçün fövqəladə əhəmiyyət kəsb edir. Lakin bu, o qədər də sadə deyil.

Həll yollarının tapılmasında elm mərkəzi rol oynayır. Yüksək səviyyəli iqlim modelləşdirilməsi, süni intellekt və havanın proqnozlaşdırılması kimi qabaqcıl elmi və texnoloji nailiyyətlər davamlı inkişafa nail olmaq üçün katalizator ola bilər. 2027-ci ilə qədər hər kəs üçün erkən xəbərdarlığa nail olmaq insanlara mümkün fəsadlara hazır olmaq və fəsadları məhdudlaşdırmaq imkanı verəcək.

COP 28 sədrliyi heç kimi geridə qoymayan ədalətli və yaxşı idarə olunan enerji keçidinin sürətlə izlənilməsinə yönəlmiş iddialı bir gündəm irəli sürüb. İqlim maliyyələşdirilməsi, insanların həyatına diqqətin cəmlənməsi və inklüziv inkişaf məsələləri COP 28-in prioriteti olacaq. Ümumdünya Meteorologiya Təşkilatı iqlim risklərinin artdığını bildirir.

Liviyada baş verən fəlakətli daşqınlar erkən xəbərdarlıq kompleks sistemlərinə ehtiyacı bir daha göstərdi.

Antonio Quterreş inkişaf etmiş ölkələri 2040-cı ilə qədər, inkişaf etməkdə olan ölkələri isə 2050-ci ilə yaxın vaxtda istixana qazı emissiyalarını xalis sıfıra çatdırmağa çağırır. Onun sözlərinə görə, bütün tərəflər qarşıdan gələn COP28 iqlim dəyişmələri konfransında İtki və Zərər Fondunu təsdiq etməlidir. İnkişaf etmiş ölkələr 100 milyard dollarlıq öhdəliyi yerinə yetirməli, Yaşıl İqlim Fondunu doldurmalı və uyğunlaşmanın maliyyələşdirilməsini ikiqat artırmalıdır. 2027-ci ilə qədər hər kəs erkən xəbərdarlıq sistemi ilə əhatə olunmalıdır.

“Hamı üçün Erkən Xəbərdarlıq” proqramına Dəstək Bəyannaməsi Dünya Bankı, Amerikalararası İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Afrika İnkişaf Bankı, İslam İnkişaf Bankı, Karib Hövzəsi İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa İnkişaf Bankı və Avropa İnkişaf Bankı Şurası, Yenidənqurma və İnkişaf Bankı tərəfindən dəstəklənib.

Hamı üçün erkən xəbərdarlığa nail olmaq üçün növbəti dörd il ərzində 3,1 milyard ABŞ dolları məbləğində məqsədyönlü sərmayə tələb olunur, deməli, əhatə olunan hər insana təxminən 50 sent düşür. Bu, sürətlə artan iqlim riskləri qarşısında hamını qorumaq üçün real və əldə edilə bilən məbləğdir.

Dünya ölkələrinin yarısında, xüsusən də buna ən çox ehtiyacı olan az inkişaf etmiş və qeyri-sabit ölkələrdə erkən xəbərdarlıq sistemləri yoxdur.

Bundan əlavə, hər bir infrastruktur layihəsində iqlim dəyişmələri ilə bağlı artan risklərin nəzərə alınması vacibdir. İnfrastruktur layihələri ilə bağlı bəzi məsələlərə də toxunmaq istərdim. Sevindirici haldır ki, bir çox ərazilərdə, xüsusilə dağətəyi zonalarda, eləcə də işğaldan azad edilmiş ərazilərdə müasir yolların kənarlarında yağış sularının axıdılması üçün drenaj sistemləri çəkilir. Lakin qeyd etmək lazımdır ki, həmin istiqamətdə zəruri işlərin həcmi kifayət qədər böyükdür.

Dünya təcrübəsində daşqın və sel risklərinin azaldılması üçün qəbul edilmiş tədbirlərdən biri də çay sahillərində yaşıllıq zolaqlarının qorunması və genişləndirilməsi, şəhər infrastrukturunu qoruyan suyun təbii dövriyyəsinə mane olmayan “mavi-yaşıl” dəhlizlərin yaradılmasıdır. Uyğunlaşma tədbirləri anlayışı kifayət qədər genişdir və həmçinin istər təbiət, istərsə də cəmiyyət qarşısında hər bir şəxsin məsuliyyətini də nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin