BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
46867

Böyük Britaniya sanksiyalardan yayınmaq üçün mövcud hüquqi boşluqdan istifadə edərək, Rusiya neftini geniş miqyasda almağa davam edir. 
Valyuta.az xəbər verir ki, bu barədə The Guardian yazır.

Nəşr göstərir ki, 2023-cü ildə Hindistan, Çin və Türkiyədən emal olunmuş neftin idxalına 2,2 milyard funt sterlinq xərclənib. 2022-ci ildə müqayisə olunan həcmlər alınıb, 2021-ci ildə isə bu məqsədlərə 434,2 milyon funt sterlinq xərclənib.

Hindistan, Çin və Türkiyə Rusiya neftinin ən böyük alıcıları sırasındadır.

“Nə qədər ki, Rusiya nefti başqa ölkədə emal olunur, o, artıq Rusiyada mənşəli hesab edilmir və bu, onun ticarət qadağasından yan keçməsinə imkan verir. Nəticədə, Rusiya nefti Böyük Britaniyaya ixrac edilməzdən əvvəl emal olunmaq üçün müttəfiq ölkələrə satılır”, - nəşr qeyd edir.

Bu arada, Böyük Britaniya hökumətinin hesabatları göstərir ki, Rusiyadan birbaşa neft idxalı 2022-ci ilin birinci rübündə 1,5 milyard funt-sterlinqdən bir il sonra sıfıra enib.

Aprelin 18-də Bloomberg xəbər verib ki, sanksiyalara görə naməlum şirkətlər Rusiya neftini tədarük edir. Jurnalistlər yazır ki, son vaxtlar təcrübəli bazar iştirakçılarına məlum olmayan, lakin eyni zamanda çatdırılma təşkil etməyə qadir olan ixtisaslaşmış şirkətlər peyda olmağa başlayıb.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin