BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
32072

Maliyyə Nazirliyi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, ölkənin dövlət borcu ilə bağlı hədəf və çərçivələrində dəyişikliklər edilməsini şərh edib.

Xatırladaq ki, həmin hədəf göstəricisinə əsasən, bu il iyulun 1-nə 6,6 milyard ABŞ dolları və yaxud ÜDM-in 10 %-i qədər olan xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi müəyyən edilib. Bununla yanaşı, Azərbaycanda xarici dövlət borcunun 2025-ci ilin sonunda 7,1 milyard ABŞ dolları və yaxud ÜDM-in 10,7 %-i qədər olması gözlənilir.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, xarici dövlət borcunun idarəedilməsində qarşıya qoyulmuş hədəflərin yerinə yetirilməsi və borcun azaldılması istiqamətində əldə edilmiş müsbət nəticələr ölkə Prezidentinin sədrliyi ilə keçirilən 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə də vurğulanıb, eyni zamanda, növbəti illərdə vaxtı çatmış xarici dövlət borcunun qaytarılacağı da nəzərə alınmaqla, ölkəmizin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə müvafiq prioritet sahələrdə infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün əlavə xarici borc vəsaitlərinin cəlb olunması imkanlarının nəzərdən keçirilməsi tapşırığı verilib:

"Bu səpkidə alternativ enerjinin toplanması və nəqli ilə əlaqədar müasir enerji şəbəkəsinin qurulması, özünüməşğulluq və sosial müdafiə tədbirlərinin gücləndirilməsi, smart şəhərlərin qurulması, ölkəmizin tranzit potensialının artırılması, o cümlədən, dəmir yolu infrastrukturunun yenidən qurulması və Cənub Qaz Dəhlizinə daxil olan qaz boru kəmərlərinin nəqletmə həcminin yüksəldilməsi, "Bakı Gəmiqayırma Zavodu" MMC-nin fəaliyyətinin genişləndirilməsi, su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması tədbirlərinin davam etdirilməsi kimi layihələr üçün maliyyə təminatının yaradılması çərçivəsində ortamüddətli dövrdə xarici borcalmalara müraciət etmək nəzərdə tutulur.

Yeni borcalnmaların dövlət borcunun idarə edilməsi üzrə müəyyən olunmuş hədəflərdə öz əksini tapması üçün “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi”nə və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na müvafiq dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddi 30 %-i, birbaşa xarici dövlət borcu mütləq ifadədə 10 milyard ABŞ dollarını üstələməməlidir.

Əlavə borclanma həm də ölkəmizin əməkdaşlıq etdiyimiz beynəlxalq maliyyə kredit qurumları ilə işgüzar münasibətlərinin davam etdirilməsi siyasəti baxımından da mühüm əhəmiyyət kəsb edir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin