BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
47187

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun ötən il mənfəəti əvvəlki illə müqayisədə 19% və ya 3 milyon manat azalaraq 12 milyon 503 min manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu barədə Fondun 2023-cü il üzrə maliyyə hesabatında bildirilib.

Hesabata əsasən, ötən il Fondun əməliyyat gəlirləri 2022-ci il ilə müqayisədə 53% artaraq 20,779 min manat olub. Əməliyyat xərcləri çıxılmaqla, Fondun vergidən əvvəl mənfəəti 15,108 manat təşkil edib. Mənfəət vergisi xərci 2023-cü ildə 2,605 min manat olub.

31 dekabr 2023-cü il tarixinə Fondun cəmi aktivləri 6 % artaraq 1 011 496 min manat, öhdəlikləri 837 min manat və kapitalı 1,010,659 min manat təşkil edib.

Sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə Fond tərəfindən son dövrlərdə daha çox kiçik və ortahəcmli kreditlər verilib. Beləliklə, kiçikhəcmli kreditlərin ümumi balans dəyəri 25% artaraq 130,447 min manat, ortahəcmli kreditlər isə 24% artaraq 169,936 min manat olub. Əlavə olaraq, hesabat dövrü ərzində Fondun sənaye sektoru üzrə kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin olunub. Belə ki, kredit portfelinin həmin sektor üzrə ümumi balans dəyəri 10% artaraq 307,536 min manata çatıb. Sənaye sektoru üzrə kredit portfelinin ümumi kredit portfelində xüsusi çəkisi 33%-ə yüksəlib.

Qeyd edək ki, Fondun illik maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğunluğu müstəqil auditor şirkətləri tərəfindən hər il yoxlanılır. 2023-cü ilin maliyyə hesabatları “Baker Tilly Azərbaycan” audit şirkəti tərəfindən audit olunub və hesabatlara müsbət auditor rəyi verilib. Audit rəyinə əsasən, maliyyə hesabatları Fondun 31 dekabr 2023-cü il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Yandex" kuryerləri əvəzləyəcək robotlar hazırlayır

FT: ABŞ G7 ölkələrini Kiyevə Rusiya aktivlərindən təminatla kredit verməyə inandırır

Çjou Şijun: Qərb proteksionizmi bərpa olunan enerjiyə zərbə vuracaq

"Danone" Rusiyadakı aktivlərinin satışını başa çatdırdı

Çin üç Amerika şirkətinə qarşı sanksiya tətbiq etdi

"Apple" "iPhone 16"nın istehsalına nə vaxt başlayacaq?

Aviaqəzalarda həlak olan dövlət başçıları - SİYAHI

Politico: Britaniya Rusiyaya qarşı sanksiyaların icrasına nəzarəti təmin edə bilmir

Mərkəzi Bank "Azerfloat"ı cərimələdi

ABŞ-ın nüvə reaktorları bağlana bilər

“AAAF İnşaat”la “AAAF Park Xırdalan” arasında nə baş verib?

Çin aprel ayında rekord həcmdə investisiya axını ilə üzləşib

"Windows"un bəzi versiyaları internetə qoşulduqdan sonra avtomatik olaraq viruslara yoluxur

"Maqro Construction"a protokol tərtib olundu

“Bakı Abadlıq Xidməti”nə qarşı əmlak tələbi

"Apple" Çin bazarını fəlakətli sürətlə itirməkdə davam edir

1 milyon manata yaxın mayası olan şirkət bağlandı

Bakı Dövlət Sirki cərimələndi

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları BURAXILDI

Yeni rektor kimdir?

Qeyri-sabit hava neçə gün davam edəcək?

Qarabağ Universitetinə rektor təyin edilib

Qarabağ Universitetinə rektor təyin edilib

“Xaliq Faiqoğlu” hansı qaydaları pozub? – Şirkətə qarşı ittiham

Müştərilərin ən çox narazı olduğu banklar - “Yelo Bank” və “AFB Bank” ilk dəfə qırmızı zonada

Kirayə üsulu ilə satışa çıxarılan mənzillər üçün şərtlər – Minimum 3, maksimum 25 il...

Qəzalı çoxmərtəbəli binaların söküntüsü niyə gecikir?

"Çudo Peçka"nın dövlətə 157 min manat vergi borcu var

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin