BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
45026

Uzun sürən istirahət günlərindən sonra bəzi işçilər işləməkdə çətinlik çəkirlər. Bu işçilər istirahət günlərinin çox olmasını istəmir ki, işdən kənar qalmasınlar. 

İstirahət günlərindən sonra işə qarşı həvəs müəyyən qədər aşağı düşür. Ümumiyyətlə, istirahətdən qayıdandan sonra işçilərin işə adaptasiya olması üçün nə qədər vaxt lazımıdır?

Bu barədə Valyuta.az-a danışan HR Hunter şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə bildirib ki, Azərbaycan istirahət günlərinin sayına görə dünyada ilk beşlikdədir. Bu da inkişafda olan ölkə üçün çox pis göstəricidir. Normalda bayramlar maksimum iki gün olmalı və əsas bayramlar qeyd edilməlidir:

“Bizdə isə həddindən artıq çox olduğu üçün bu, həm işçiyə, həm də işəgötürənə çox ziyan vurur. İşçi cəhətdən düşünülə bilər ki, istirahət günləri çoxdur, produktiv olacaq, istirahət edəcək, amma istirahət günlərində də insan çox pul xərcləməyə məhkum olur. İşdən tamamilə uzaqlaşdığı üçün istər-istəməz passivlik yaranır. İşə geri qayında zaman da adaptasiya olmağa çətinlik çəkirlər. İşəgötürən tərəfdən də müəyyən mənfi cəhətləri var. Pul vəsaitinin itirilməsi, dövriyyə cəhətdən itirilmə olur, ölkə cəhətdən də problem olur ki, şirkətin bu qədər işləməməsi pulun vergi şəklində geri qaytarılması nisbətən çətinləşir”. 

Konsultant deyir ki, işçilərin işə adaptasiya olması üçün ən az iki-üç gün vaxt lazımdır:

“Bu iki-üç gün ərzində istirahətdən qayıdan kimi işçinin özünü çox yükləməsi doğru deyil. Yavaş-yavaş, mərhələ-mərhələ işləri yerinə yetirmək lazımdır. Çünki, insanın ağılı istirahətdə qalır, təmiz beyinlə işə başlayır. Buna görə də iki-üç gün özünə müəyyən tapşırıqlar verməlidir, onları bölməli və idarə etməlidir, havada daha çox gəzməli və yuxu rejiminə diqqət yetirməlidir. Adaptasiya müddəti bitdikdən, yəni iki-üç gün vaxt keçəndən sonra artıq normal iş rejiminə tam şəkildə qayıdacaq və heç bir problem olmayacaq”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketi ayırıb

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Formula-1 tarixinin ən böyük müqaviləsi

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin