BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
44294

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan arasında görüş keçirilib. 

Nazirlikdən Valyuta.az-a verilən məlumata görə görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. 

Bildirilib ki, görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi üçün məqsədyönlü təşəbbüslər həyata keçirilir. Qarşılıqlı işgüzar səfərlər, biznes dairələri arasında əlaqələrin genişlənməsi iqtisadi-ticarət əlaqələrinin güclənməsinə töhfə verir. Ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, 2024-cü ilin yanvar ayında ticarət dövriyyəsi 4 dəfəyə yaxın artıb. Xorvatiya ilə ticarət, investisiya, sənaye, bərpa olunan enerji, minatəmizləmə, turizm və digər istiqamətlər üzrə tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar var. 

Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün yaradılmış imkanlar, işğaldan azad olunmuş ərazilərimizin biznes potensialı haqqında məlumat verilib, xorvatiyalı sərmayədarlar ölkəmizdəki biznes fürsətlərindən yararlanmağa dəvət edilib. 

Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin inkişafına önəm verdiyini, tərəfdaşlığın gücləndirilməsi istiqamətləri barədə fikirlərini qeyd edib. Vurğulanıb ki, enerjinin Avropa bazarlarına çatdırılması üçün həyata keçirilən layihələr Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolunu artırır. 

Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi, birgə investisiyaların və ticarətin təşviqi, alternativ enerji və sənaye üzrə əməkdaşlıq, həmçinin işgüzar dairələr arasında işbirliyinin gücləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin