BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
43065

Azərbaycanın xaricə ixrac etdiyi əss qeyri-neft məsullarından olan narın satışından gəlirlər son iki ildə azalmaqdadır.

Valyuta.az Fed.az-a istinadən xəbər verir ki, 2023-cü ildə Azərbaycandan xaricə ümumi dəyəri 30,6 milyon dollar olan 28,6 min ton nar ixrac edilib. Xaricə satılan narın 1 kiloqramının orta ixrac qiyməti 2023-də 1,07 dollar və ya 1,82 manat təşkil edib.

2022-ci ildə sə xaricə 23,3 min ton nar ixrac edilmiş, bundan 31,6 milyon dollar gəlir götürülmüşdü. 2022-də narın 1 kiloqramı orta hesabla 1,35 dollara və ya 2,30 manata ixrac olunmuşdu.

Göründüyü kimi, narın xaricə ixrac qiyməti kəskin şəkildə – hər kiloqramda təqribən 50 qəpik azalıb. Bunun nəticəsidir ki, 2023-cü ildə xaricə atılan narın həcmi arntsa da, ondan əldə edilən gəlirlər 2022-ci illə müqayisədə daha az olub.

Eyni proses 2024-cü ildə də davam edir. FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 1,49 milyon dollar dəyərində 1 709 ton nar ixrac edilib.

2023-cü ilin yanvarı ilə müqayisədə narın həm ixrac həcmi (36%), həm də ondan gələn gəlirlər kəskin (2,3 dəfə) azalıb.

Nəticədə əgər 2023-cü ilin yanvarında narın 1 kiloqramının orta qiyməti 2,13 manat idisə, 2024-cü ilin ilk ayında bu rəqəm 1,48 manat olub.

Nar istehsalçıları bildirir ki, narın ixracından əldə edilən gəlirlərin, daha dəqiqi ixrac qiymətinin aşağı düşməsinin əsas səbəbi, rus rublunun zəifləməsidir.

Azərbaycan Nar İxracatçıları Assosiasiyasından FED.az-a bildirilib ki, Azərbaycanın xarici ölkələrdə nar satışında əsas bazarı Rusiyadır. Əvvəllər Azərbaycan narı Ukrayna və Polşaya da ixrac edilirdi. Rusiya-Ukrayna müharibəsindən sonra isə Ukraynaya ixrac dayandırılıb. Bundan başqa, həmin müharibənin təsiri ilə rus rublunun dəyərini itirməsi nəticədə, nar ixracından gəlirlərdə azalma baş Verdi. Hazırda Azərbaycan narının Rusiyada sağtış qiyməti 1 kiloqram üçün 2,5-3 manat arasındadır.

Assosiasiyadan bildirilib ki, nar satışından gəlirlərin azalması sahibkarların işinə hər hansı təsir etməyib, onlar ötən ili mənfəətlə başa vurublar. Bundan başqa onlar tərəfindən hər hansı narazılıq və şikayət daxil olmayıb.

Xaricə nar ixracı ilə məşğul olan sahibkar Seymur Babayev da Rusiyaya, amma daha çox Ukraynaya nar satışı ilə məşğul olur. Hazırda Ukrayna bazarına ixracda müəyyən çətinliklərin olduğunu bildirən sahibkar bildirir ki, əvvəl Ukraynaya nar Rusiya üzərindən ixrac olunurdusa, indi müharibə səbəbindən yolun uzanması logistik  xərclərin daha çox olmasına, dövriyənin və gəlirlərin də azalmasına səbəb olub.

İş adamı bildirir ki, Ukaryanaya narın kiloqramı 85 sentə, Rusiyaya isə 1 – 1,1 dollara satılır.

«İxarcda gəlirlərin azalmasına baxmayaraq biz ixraca davm etdik. Lakin biz bu il artıq ixracda bu cür çətinliklərin öncədən baş verə biləcəyini nəzərə alaraq soyuducu anbar haqqında düşünürük. Belə vəziyyət olanda ən azından məhsulumuzu müəyyən müdətə həmin anbarda saxlaya bilək. Narı soyuducusuz çox saxlamaq da mümkün deyil»-deyə iş adamı bildirir.

Əvəzində iş adamı məhsulunun azaldığını bildirib. O qeyd edib ki, 2023-cü ildə 2022-ci ilə nisbətən məhsuldarlıq və gəlirlər kəskin aşağı düüşüb: «Əgər 2022-ci ildə məhsuldarlıq 800 ton olmuşdusa 2023-cü ildə bu rəqəm 250 ton oldu. Məhsuldarlığın aşağı düşməsinə səbəb bilinməyən xəstəlik oldu».

Məhsuldarlığın azalması sahibkara böyük zərər vurub: «2022-ci ildə 130-140 min manat gəlir əldə etsək də 2023-cü ildə 250 min manat ziyana düşdük».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin