Strateji valyuta ehtiyatları təqribən 43 dəfə artıb - Məmməd Musayev
Son 20 il ərzində Azərbaycanda strateji valyuta ehtiyatları təqribən 42,8 dəfədən çox artaraq, 68,5 milyard ABŞ dollarına çatıb.
Valyuta.az əbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən "Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası" mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycanda gedən sürətli iqtisadi inkişaf dünya reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilib.
"Beynəlxalq reytinq agentliyi olan "Fitch Ratings" tərəfindən dərc olunan hesabatda ölkənin uzunmüddətli yerli və xarici valyutada reytinqi üzrə proqnozu "müsbət" olaraq təsdiqlənib. Ölkənin maliyyə imkanları yaxşılaşdıqca xarici borclanmadan da asılılıq azalıb. Nəticədə 2003-cü ildə xarici borcun ÜDM-də payı 21,6 faiz olduğu halda, 2022-ci ildə 10 faizdən az olub", - deyə o qeyd edib.
© Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay