BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8255
  • RUB
    0.0174
  • TRY
    0.0497
  • GBP
    2.1967
37468

Kiçik şirkətlərdə işləməyin daha az məsuliyyət tələb etdiyini zənn edə  bilərsiniz, amma əslində heç də belə deyil. Əksinə kiçik şirkətlərdə sizin öhdəlikləriniz daha çox ola bilər. Bəs kiçik şirkətlərdə işləyən əməkdaşlar nələri gözə almalıdırlar? 

Biznes təlimçisi İlham Əfəndiyev Valyuta.az-a bu barədə danışdı. O, kiçik şirkətlərdə işləyənlərin gözə almalı olduğu 5 nüansı diqqətinizə çatdırır:

1. Hər zaman hazır olun ki, şirkət bağlana bilər və siz ixtisara düşə bilərsiniz.
Kiçik şirkətlərin yetərincə büdcəsi yoxdur ki, rəqabətlə bağlı çətin vəziyyətdən çıxmaq üçün yol tapa bilsin. Ona görə də, tez-tez kiçik şirkətlər fəaliyyətini dayandırır. Bu səbəbdən siz daima əmək bazarını araşdırmalısınız. Sizə olan tələbatı, qiymətinizi, gözləntilərinizi və bazarın sizə təklif edə biləcəyi məvacibi bilməlisiniz ki, belə hal baş verəndə hazır olasınız. 

2. Müqavilənizdə qeyd olunmayan fərqli işlər görməyə hazır olun.
Kiçik şirkətlərdə iş vəzifələri tam dəqiq bölüşdürülmür. Xüsusən də yeni işə başlayan şirkətlərdə belədir. Orada bir əməkdaş bir neçə işi yerinə yetirə bilər. Yeni bir iş yarananda işçi cəlb etməyə imkan olmadığına görə mövcud olan komandaya əlavə öhdəliklər verilə bilir. Bu halları gözə almalısınız.

3. Şirkətin daha tez inkişaf etməsi üçün rəhbərliyə təkliflər verin.
Kiçik şirkətlərin tezliklə inkişaf etməyə ehtiyacı var. Əks halda, bazarda uğur qazana bilməyəcək. Ona görə, sahibkarın hər zaman köməyə, təkliflərə, ideyalara ehtiyacı var. Belə təkliflər, ideyalar verən işçilərə daha çox üstünlük verəcək.

4. Şirkətin büdcəsinə qənaətlə yanaşın, resurslar məhduddur.
Kiçik şirkətin resurslarına qənaətlə yanaşılmalıdır. Büdcə az olduğuna görə, resurslar məhduddur. Ona görə, daima düşünməlisən ki, minimum xərclə necə maksimum işlər görə bilərsən. İdeyalar fikirləşmək lazımdır. Bunu da rəhbərlik görüb sizə daha çox dəyər verəcək.
 
5. Şirkətin təmsilçisi olun. Müştərilər, tərəfdaşlar və əməkdaşlarla yaxşı münasibətlər qurun. Hər bir əməkdaşın şirkətin inkişafında böyük rolu var.
Kiçik şirkətlərdə hər bir işçi şirkəti təmsil edir. Kiçik şirkətdə ayrıca satış təmsilçisi, müştəri xidmətləri əməkdaşı, marketoloq, ictimaiyyətlə əlaqələr üzrə əməkdaş olmaya bilər. Hər bir işçi şirkətin vizyonunu, ideyalarını, dəyərlərini bazara çatdırır və şirkəti təmsil edir.  

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricdə işləməyin yolları - Özümüzü necə hazırlayaq?

Komanda ruhunu formalaşdırmağın yolları və üstünlükləri

Milyonçular pullarını harada saxlayır? - Bəlkə bir gün lazımınız olar...

Milyonçular pullarını harada saxlayır? - Bəlkə bir gün lazımınız olar...

Müsbət müştəri rəylərini əldə etməyin yolları

"Bitcoin" 80.000 dolları aşaraq tarixi bir yüksəliş əldə etdi

İş axtaranların qarşılaşdığı əsas çətinliklər

İşçiləri necə motivasiya etmək olar? - Uğur qazanmağın 10 yolu

Çoxlu gəlir mənbəyiniz yoxdursa... - DİQQƏT!

Çoxlu gəlir mənbəyiniz yoxdursa... - DİQQƏT!

“Freelance” işin mənfi tərəfləri

Rəhbərlərin səhv edən işçilərə doğru yanaşma qaydaları

Ezamiyyə qaydalarında nələr dəyişib?

Bakıda daha bir küçədə mikromobillik imkanları genişləndirilir (FOTO)

Tarixin ən bahalı animasiya serialı

Azərbaycan 10 ayda tütün ixracını 3,5 dəfə artırıb

Azərbaycanda leysan yağacaq - PROQNOZ

Dünyada ən yüksək IQ sahibi şəxs məlum oldu – Prezident müşaviridir

Pensiya kapitalı ilə bağlı təklif - Pensiyaçılar pulunu varislərinə ötürə biləcək?

Xüsusi rütbələrə görə pensiyanın hesablanma qaydası - CAVAB

Müəllimlərin maaşına hansı hallarda əlavələr edilir?

Britaniya kralının daşınmaz əmlak imperiyası

Niyə elanlarda yaşı 35-dək olan işçilər axtarılır?

COP konfransları dünyaya nə verir?

Hansı halda kasko sığorta edilən avtomobilə görə yüz faiz ödəniş olur?

Aİ Rusiyaya qarşı XV sanksiyalar paketini hazırlayır

Niyə bəzi adamlar pul qazana bilir, bəziləri yox?

Yaponiyada nəhəng layihə: 500 kilometrlik hərəkət edən yol

Daha bir məşhur təhlükəsizlik tədqiqatçısı "OpenAI"dən ayrılır - Şirkətdə nə baş verir?

Bakıya yeni gətirilən elektrikli avtobusların XÜSUSİYYƏTLƏRİ

Bayram tətili günlərində bölgələrdə qiymətlər hansı aralıqdadır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin