Azərbaycan Rusiyaya 800 mln. dollara yaxın qeyri-neft məhsulları ixrac edib
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya 787 milyon 347 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsinin paylaşdığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.7% və ya 185.1 milyon dollar çoxdur. 2022-ci ilin ilk 9 ayında Azərbaycandan Rusiyaya 602 milyon 185 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanla Rusiya arasında olan ticarət dövriyyəsi illik müqayisədə 23.5% və ya 595.3 milyon dollar artaraq 3 milyard 133.5 milyon dollara bərabər olub. Bu dövrdə Rusiyaya ümumi ixrac 864 milyon dollar, Rusiyadan ümumi idxal isə 2 milyard 269.5 milyon dollar təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 8.01%-ə yüksəlib.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay