BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
34005

Dünyanın ən dəyərli brendləri arasında olan və 92-dən çox innovativ şirkətə malik olan "Adidas", dünya bazarında lider kimi özünü göstərməyə davam edir. "Adidas" idman geyimləri, ayaqqabılar, çantalar, köynəklər, saatlar, eynəklər və digər aksesuarlar kimi idman məhsulları ilə dünyaca məşhurdur.

"Adidas" brendin təsisçisi Adolf (“Adi”) Dasslerin adının abreviaturasıdır.

Valyuta.az Adolf Dasslerin çəkməçilikdən "Adidas"a uzanan uğur hekayəsini sizlərə təqdim edir. 

Adolf Dassler 1900-cü ildə Almaniyanın Herzogenaurach şəhərində anadan olan dörd qardaşdan ən kiçiyi idi. Atası Kristof dərzi, anası Paulin isə ailənin camaşırxanasını idarə edirdi. Adolf orta məktəbi bitirdi və atasının istəyi ilə çörəkçi kimi şagirdlik etməyə başladı. Bu təlimi başa vursa da, çörəkçilik həyatı onun ürəyincə olmadığından, onun yerinə çəkməçilik vərdişlərini öyrənməyə qərar verdi.

I Dünya Müharibəsi dövründə

Adolf Dassler, idman ayaqqabısı ideyasını dərhal biznesə çevirə bilməmişdən əvvəl I Dünya Müharibəsinin son mərhələlərində məcburi şəkildə alman ordusuna cəlb edildi. 1919-cu ildə Herzogenauraxa qayıdanda Almaniya müharibədən sonrakı iqtisadi depressiyanın məngənəsində idi. İşlər az idi, lakin Adolf arzusunun ölməsinə imkan verməməkdə qərarlı idi, ona görə də Dassler evinin arxasındakı köhnə camaşırxananı ayaqqabı emalatxanasına çevirdi. O, öyrəndiyi çəkməçilik təcrübəsindən istifadə edərək yerli sakinlərə ayaqqabı təmir edərək pul qazanırdı.

Bu, ona ilk xüsusi idman ayaqqabılarını yaratmaq üçün lazım olan resursları və vaxtı verdi. Onun ilk ixtiralarından biri yüngül atletika idmançıları üçün bir cüt çivilk qaçış ayaqqabısı idi ki, bu da o dövrdə idman üçün tamamilə yeni bir konsepsiya idi. 

"Dassler qardaşlarının ayaqqabı fabriki" doğuldu

Adolfun öz müəssisəsinə böyük qardaşı Rudolf Dassler də qoşuldu və 1 iyul 1924-cü ildə şirkətlərini "Gebrüder Dassler, Sportschuhfabrik, Herzogenaurax" (Dassler Qardaşları İdman Ayaqqabı Fabriki, Herzogenaurax) kimi qeydiyyatdan keçirdilər. 1925-ci ilə qədər onların bir otaqlı emalatxanasında dəri futbol çəkmələri və çivili ayaqqabılar istehsal edən üç işçi var idi. Alman iqtisadiyyatı yaxşılaşdıqca, biznes artdı və qardaşlar Herzogenauraxdakı daha böyük bir binaya köçdülər, burada infrastruktur maşınlarına sərmayə qoydular və istehsallarını genişləndirdilər.

Adolf Olimpiadada uğur qazanmaq istəyir

Adolf 1928-ci ildə Amsterdamda keçirilən Olimpiadada alman marafonçusu Lina Radkeyə bir cüt çivili trek ayaqqabısı hədiyyə etdi və onlar ilk uğurlarını qazandılar. Lina Dünya Rekordunun qalibi oldu, ilk dəfə qadınlara 800 metr məsafədə yarışmağa icazə verildi.

Məşqçi Josef Waitzer vasitəsilə o, tez bir zamanda Almaniya Milli Atletika komandası ilə münasibət qurdu. Bu əməkdaşlıq məhsulun inkişafı üçün effektiv rəy verməklə yanaşı, həm də bir çox alman idmançının Olimpiya Oyunlarında Dassler ayaqqabılarını geyinməsini təmin etdi. Heç bir idmançının mütəxəssis sponsorluğunun olmadığı bir vaxtda Dassler qardaşlarının marketinq strategiyası parlaq idi.

1932-ci il Los-Anceles Olimpiadasında alman idmançıları ilə uğur qazandılar.

Ailənin bölünməsi Pumanın mənşəyi

İkinci Dünya müharibəsinin gərginliyi, eləcə də sonrakı illər Adolf və Rudolf qardaşları arasında olan gərginlik onları həmişəlik ayırdı. 1948-ci ildə onlar rəsmi olaraq bizneslərini ləğv etdilər.

Qardaşlar şirkətin aktivlərini parçaladılar və nəticədə biznes rəqiblərinə çevrildilər. Rudolf özünün idman ayaqqabısı şirkəti olan "Puma"nı qurdu. Həm "Adidas", həm də "Puma" qlobal qərargahlarını Herzogenauraxda saxlamağa davam edirlər.

"Adidas" şirkətinin yaradılması

Qardaşının gedişindən sonra Adolf məhsulların fərqli görünüşə malik olmasını təmin etmək istəyirdi ki, insanlar onları idmançıların ayaqlarında asanlıqla tanıya bilsinlər. Ayaqqabının yan tərəfindəki dekorativ qayışlarla oynadı, nömrəni dəyişdi və rəng qatdı. O, nəhayət üç qayış üzərində qərarlaşdı və "üç zolaq" markası yarandı. 1949-cu ildə Adolf şirkətin ticarət nişanı kimi 3 zolaqlı loqodan istifadə etməyə başladı.

"Adidas" 1960-cı illərdə 500-dən çox insanı işə götürdü və dünyanın ən böyük idman ayaqqabısı istehsalçısına çevrildi. Yaşına və şirkətinin uğurlarına baxmayaraq, Adolf Dassler daha yüngül, daha rahat və idmançıların ehtiyaclarına cavab verən "Adidas" ayaqqabılarını yaradaraq yeniliklər etməyə davam etdi.

Adolfun oğlu Horst da atasının qurduğu biznesi davam etdirdi. Horst Dassler "Adidas"a ABŞ-da bazarını genişləndirməyə kömək etdi. O, Adolfun innovativ ruhunu başqa idman məhsulları ilə yanaşı, basketbol ayaqqabılarının inkişafına da tətbiq etdi. Adolf, 77 yaşında vəfat etdi.

Nuray 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mədəniyyət Nazirliyində yeni təyinat

Mədəniyyət Nazirliyində yeni təyinat

“Lifttəmir” İstehsalat Birliyində nöqsanlar aşkarlanıb

Ağdamda subartezian quyularının bərpasına başlanılır

Kredit götürən şəxs dünyasını dəyişərsə, vərəsələri hansı halda borcu qaytarmaya bilər?

Yağış sahələrə ziyan vurdu – Çiyələyin qiyməti bahalaşdı

Xaricə şəkər satışından gəlirimiz 5 milyon dollar azalıb

Cəbrayılın dörd kəndinə birinci mərhələdə 3 min 193 sakin köçürüləcək

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu ®

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilib

Beynəlxalq İnsan Resursları Günüdür – Onlar şirkətlər üçün niyə bu qədər əhəmiyyətlidir?

Xocalıya qayıdacaq sakinlərə hansı sürprizlər hazırlanır? (VİDEO)

40 min manat mayası olan ASC ləğv olunur

Azərbaycanda bir sıra bankların depozit portfeli azalıb – Siyahı

Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Pərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdır?

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin