BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
46403

“Expressbank”ın 2024-cü ilin I rübündə xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% azalaraq 3 milyon 396 min manat təşkil edib.

Valyuta.az banka istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövründə bank 3 milyon 441 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 21% artaraq 15 milyon 707 min manat, faiz xərcləri isə 26,9% artaraq 4 milyon 214 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 4,5 milyon manata (illik müqayisədə 10,6% az), qeyri-faiz xərcləri isə 10,9 milyon manata (illik müqayisədə 1,3% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 5 milyon 40 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 30% çoxdur.

Bu ilin ilk üç ayı ərzində “Ekspressbank” kiçilib. Belə ki, cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 5% və ya 28,4 milyon manat azalaraq 531 milyon 812 min manata enib. Cari ilin ilk 3 ayında “Expressbank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2% və ya 8,5 milyon manat artaraq 417 milyon 763 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 196 milyon manat, biznes kreditləri 115.2 milyon manat, daşınmaz əmlak kreditləri isə 106.5 milyon manat təşkil edib.

Bu dövrdə “Ekspressbank”ın cəmi öhdəlikləri 398,4 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 7,4% və ya 31,8 milyon manat azdır.

Şirkətlər üç ay ərzində bankdan 25 milyon manatdan çox depoziti geri çəkiblər. Belə ki, fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 3,1% və ya 4,7 milyon manat artaraq 156 milyon 882 min manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 32,9% və ya 25 milyon 726 min manat azalaraq 52 milyon 550 min manat təşkil edib. Bankın ümumi depozit portfeli də cari ilin ilk 3 ayında 9,1% və ya 20,8 milyon manat azalaraq 209 milyon 432 min manata enib.

2023-cü il aprel ayının 1-nə “Ekspressbank”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 2,6% və ya 3 milyon 421 min manat artaraq 133 milyon 239 min manat təşkil edib.

Leyli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək

İnvestorlar ardıcıl üç həftədir qaz fyuçersləri alır

Gömrük komitəsi “Xaliq Faiqoğlu”nu nədə ittiham edir?

ABŞ Rusiya uranının idxalını qadağan edən qanun layihəsini təsdiqlədi

Zəngilanın Cahangirbəyli kəndində 30 milyonluq layihə

"Bank Of Baku" məhkəmə qarşısında

Şərab istehlakı 28 ilin ən aşağı səviyyəsinə düşdü - Ən çox hansı ölkədə içilib?

“Sea Breeze”də daşınmaz əmlaka yatırım - investorlar nələrə diqqət etməlidirlər?

İqlim dəyişikliyinin səbəbləri və yaratdığı fəsadlar

Mərkəzi Bank pul siyasətini yumşaldır – Hansı işlər görüləcək?

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Bir ilin şirkəti “tender kralı”na çevrilir

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb ®

"Bank VTB Azərbaycan"ın depozitlərinin həcmi 25 milyon manatdan çox azalıb

Universitetdə təhsil ala bilməyənlərin asan iş tapdığı sektorlar

Altı mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

İpotekaya xitam verilən hallar genişləndi

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB

Ən varlı rusiyalıların sərvəti bu il 15,8 milyard dollar artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin