BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
44446

Sosial şəbəkələrdə avtomobili satarkən sığorta müqaviləsinə xitam vermək lazım olduğu qeyd olunur. Bəzi şəxslər avtomobilini satdıqdan sonra olunan qəzaya görə riskli sığortaçı hesab edildiklərini qeyd edirlər. Bu səbədən onların sığorta haqqı artmış olur. Məsələn, 80 manat olan sığorta, 375 manat kimi qiymətləndirilir. Bu kimi hallarla qarşılaşan şəxslər nə etməlidirlər?

Sığorta eksperti İlkin İbrahimov Valyuta.az-a bildirib ki, qeyd edilən problemlə üzləşməmək üçün hazırkı qaydalara görə vətandaşlar avtomobil alqı-satqısı etdikdən sonra uzun prosedur keçməlidir:

“Yəni, sığorta şirkətinin baş ofisinə yaxınlaşmalı, avtomobili satan tərəf sığorta şəhədnaməsinə xitam verdirməli, qalan günlərin pulunu geri almalıdır. Avtomobili yeni alan şəxs isə yenidən sığorta şirkətinə müraciət etməli və yeni sığorta şəhadətnaməsi əldə etməlidir”.

Ekspert qeyd edib ki, sığorta müqaviləsinə xitam verilən zaman baş verən qəzaya görə sığorta haqqının artması düzgün deyil:

“Belə hal olduqda, İcbari Sığorta Bürosu istehlakçıların hüquqlarını pozur. Müəyyən şəxsin adına bağlı olmayan sənədlə əlaqəli olaraq, həmin şəxsin sığorta haqqı artmış olur. Digər tərəfdən burada prosesin bir qədər elektronluqdan kənar olduğu məsələ var. Hansı ki, biz Dövlət Yol Polisinə avtomobil alqı-satqısı ilə əlaqədar müraciət edən zaman orada bir neçə prosedurdan keçib, ərizələr yazırıq. Həmin yerdə sığorta ilə bağlı əlavə ərizə ola bilər ki, şəxsin sığorta şəhadətnaməsi avtomobili satdığı şəxsə keçirilsin. Bundan sonra həmin sənəd elelektron şəkildə İcbari Sığorta Bürosuna ötürülə bilər və beləliklə, bu problem aradan qalxmış olar. Bu qaydaları düzəltməmək ilə İcbari Sığorta Bürosu istehlakçıların hüquqlarını pozur”.

“İstehlakçı hüquqlarını qoruyan Mərkəzi Bank da bu məsələdə müşahidəçi rolunu oynayır. İcbari Sığorta Bürosunun müşahidə şurasında Mərkəzi Bank təmsil olunur. Buna görə də Mərkəzi Bank bundan xəbərdardır, lakin problemin aradan qaldırılması ilə bağlı tədbir görülməməsi çox təəssüfləndirici haldır” – deyə ekspert qeyd etdi.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketi ayırıb

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Formula-1 tarixinin ən böyük müqaviləsi

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin